azia.az
azia.az

"İstiqlal Prospektində partlayış terror aktıdır"

13-11-2022, 20:28

 İstanbul Prokurorluğu: İstiqlal Prospektində partlayış terror aktıdır - YENİLƏNİB + VİDEO

İstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib.

Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir.

İnsidentin təfərrüatı araşdırılır.

******

İstanbulda baş verən partlayışda zərərçəkənlərin sayı artıb.

Son məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb.

Həmçinin, 38 nəfərin yaralandığı bildirilib.

******

İstanbulda baş verən partlayışda ən azı dörd nəfər həlak olub.

Bu barədə yerli mətbuatda məlumatlar yayılıb. 

Hadisənin terror aktı olması ehtimalları araşdırılır.

******

İstanbulun İstiqlal Prospektində partlayış baş verib.

Məlumata görə, əraziyə çox sayda xilasetmə, polis və tibbi personal göndərilib.

Bildirlib ki, partlayışın baş verdiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində çox sayda yaralıların olduğu qeyd edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi