Bu barədə məlumatlar torpaqlarımız azad olunan zaman üzə çıxıb. Belə ki, Vətən müharibəsinin gedişində Azərbaycan ərazilərinin işğaldan azad olunan hissəsinin İran silahlı qüvvələri tərəfindən narkotik vasitələrin daşınması üçün istifadə edildiyi məlum olub.
Qeyd edək ki, iki il əvvəl Azərbaycan Ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiya və laboratoriya aşkarlanmışdı. Cənub istiqamətindən gələn narkotik maddələrin işğal altındakı ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında kifayət qədər məlumatlar var idi.
Ümumilikdə isə Qarabağın 30 illik işğalı dövründə Azərbaycan tərəfindən dəfələrlə İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan dəstələr ələ keçirilib.

Həbsxanada oturub, Bakıda restoranlar işlədir – Saxta içki ilə iki nəfəri öldürən şəxsi kim himayə edir? – SENSASİYA
Tolik Günay Ağamalının elə gizlinlərini açdı ki: "Atasından ona qalanlar..."
Sertifikatlaşdırma imtahanlarının nəticələrində texniki xəta AŞKARLANDI
