azia.az
azia.az

ABŞ Ukraynaya "Javelin" raketlərini tədarük edə bilmir - SƏBƏB

5-11-2022, 10:48

ABŞ çip çatışmazlığı səbəbindən Ukraynaya “Javelin” tank əleyhinə raketlərinin tədarükü ilə bağlı çətinlik çəkir.

Xəbər verilir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Kaliforniyada yarımkeçiricilərin istehsalına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, yarımkeçiricilərin istehsal gücünün artırılması milli təhlükəsizlik məsələsidir.

“Bu ilin əvvəlində mən Alabamadakı “Lockheed Martin” zavodunda idim. Burada onlar “Javelin” raketləri istehsal edir. Biz Ukraynaya bu raketləri tədarük etməkdə problemlə üzləşdik, çünki onların çipləri yox idi”, – Bayden deyib.

Prezidentin sözlərinə görə, yarımkeçiricilər təkcə raketlər üçün deyil, həm də bu gün mövcud olan və ya gələcəkdə istehsal ediləcək digər silahlar üçün də lazımdır.

Qeyd edək ki, oktyabr ayında ABŞ Çinə texnologiya ixracına məhdudiyyətləri sərtləşdirib. ABŞ şirkətlərinə yarımkeçiriciləri ixrac lisenziyası almadan Çinə satmasına qadağa qoyulub.

İqbal Rzayev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi