Böyrəklərin sağlamlığı üçün sadə məsləhətlər
Böyrəklər çox vacib orqanlardır. Kiçik ölçüdə olan bu orqanlar qanı, xaricdən daxil olan və həmçinin müxtəlif proseslər nəticəsində bədəndə əmələ gələn ziyanlı maddələrdən təmizləyərək orqanizmdə çox mühüm funksiya yerinə yetirir. Bu da insanın ümumi sağlamlığının birbaşa böyrəklərin sağlamlığından asılılı olduğunun ən aydın göstəricisidir.
Böyrəklərinizin sağlam işləməsi və bədəninizə dəstək olmaq üçün tətbiqi asan təbii üsullar və məsləhətlər:
1- Cəfəri
Cəfəri böyrəklərimizin sağlamlığı üçün istehlakı ən vacib bitkilərdən biridir. Hər gün səhər yeməyində çiy cəfəri yemək bədənin su balansını qorur və böyrəklərin vəzifəsinin ləng olmamasına kömək edər.
2-Kələm
Kələm böyrəklərə ciddi ziyan vuran sərbəst radikalların parçalanmasını asanlaşdırır. Böyrəkləri qoruryur.
3- Qırmızı və bənövşəyi meyvələr
Çiyələk, zoğal, moruq və qaragilə kimi meyvələr böyrəklərimizdə problem əmələ gəlməsinin qarşısını alır. Bunların təzə, dondurulmuş və ya qurudulmuş olaraq istifadəsi məsləhətdir.
4- Balqabaq toxumu
Dəmir, sink və omeqa-3 yağ turşuları baxımından zəngin olan balqabaq toxumun çiy olaraq istehlakı böyrəklərimizin sağlamlığını qoruyur
5- Balıq
Orqanizmdə iltihabı azaldan, böyrəkləri müxtəlif xəstəliklərdən qoruyan omeqa-3 yağ turşuları baxımından zəngin və keyfiyyətli protein mənbəyi olan balıq, böyrəkləri bir çox xəstəliyə qarşı qoruyur.
Böyrəklər üçün ən faydalı balıq növləri qızılbalıq, alabalıq, skumbriya, siyənək və tunadır.
6- Qırmızı alma
Alma tərkibindəki qida lifi sayəsində böyrəklərin filtrasiya (süzülmə) xüsusiyyətinin pozulması və sidik yolları infeksiyalarının qarşısını aldığı üçün böyrək daşlarının əmələ gəlmə riskini də aradaq qaldırır.
7- Gavalı
Bədəndə dəmirin sorulmasına kömək edən gavalı A-B-C vitaminləri baxımından zəngindir. Bu meyvə həmçinin maddələr mübadiləsini sürətləndirir və güclü antioksidantdır. Bu səbəbdən gavalı istehlakı böyrək, ürək və xolesterin xəstəlikləri üçün xeyirlidir.
8- Düyü
Düyü və düyü sıyığı böyrək xəstəliklərində itirilən kaloriləri yenidən təmin edər. Xəstəliyin gedişatını yaxşılaşdırır və həyat keyfiyyətini artırır.
9- Balqabaq
Balqabağını sürtgəcdən keçirib salatını hazırlayaraq istehlak etmək böyrək xəstəlikləri üçün faydalıdır.
10- Yumurta ağı
Böyrək xəstəliyi olanlar, tərkibində az fosfor və yüksək keyfiyyətli zülal olduğu üçün yumurtanın ağını istehlak etsinlər.
11- Gicitkən otu
Gicitkən çayı sidikqovucu xüsusiyyətə sahib olduğu üçün böyrəklərin sağlam işləməsinə kömək edər. Gündə 1 stəkan içmək kifayətdir.
12- Zeytun yağı
Zeytun yağında yüksək miqdarda antioksidant olduğu üçün böyrəkləri qorur. Əlavə bakirə zeytun yağı adi zeytun yağına müqayisədə antioksidant baxımından daha güçlüdür.
13- Sarımsaq
Hər gün acqarına 1-2 diş çiy sarımsaq yemək orqanizmdə iltihabı azaldır.
13- Soğan
Soğan böyrəkləri təmizləməyə kömək edən güclü antioksidantlar baxımından zəngin olduğu üçün böyrəklərlə bağlı bir çox sağlamlıq problemlərinin qarşısını alır. Soğan həm çiy, həm də yeməklərdə bişirilərək istehlak edilə bilər. Böyrək daşlarından təbii yolla xilas ola bilmək üçün çiy soğan istehlak etmək məsləhətdir.
14- Qatıq
Kalsium, D vitamini və probiyotiklərlə zəngin qidalardan biri olan qatıq böyrəklərin sağlam işləməsi və təmizlənməsi üçün gündə bir kasa istehsal edilməlidir.
15- Qırmızı bolqar bibəri
Qırmızı bolqar bibəri qandakı zəhərli tullantıların parçalanmasını asanlaşdırır və böyrək sağlamlığına töhfə verir. Buna görə qırmızı bibəri günlük pərhizə çiy, bişmiş və ye arzu edilən formada əlavə etmək məsləhətdir.
16- Limon suyu
Limon suyunu içmək xüsusilə böyrək daşı problemi olanlar üçün ən çox tövsiyə edilən üsullardan biridir. Yarım limonun suyunu çıxardıqdan sonra bir az ilıq su və ya bir qədər bal ilə qarışdıraraq içə bilərsiniz.
17- Gül kələm
Gül kələm antioksidan və antikoaqulyant xüsusiyyətlərinə görə iltihabı azalda və xolesterol səviyyəsini aşağı sala bilər. Bu xüsusiyyətinə görə iltihablı böyrək problemlərindən xilas olmaq üçün çiy və ya bişirilmiş olaraq müntəzəm istehlak edilməlidir.
18- Qara zirə yağı
Hər gün səhər və axşam bir çay qaşığı qara zirə yağı istehlak etmək böyrək sağlamlığını qorur.