azia.az
azia.az

Gənc oğlan baldızını çöllüyə apardı: "Sənə hər gün kontur alacağam, razılaş..." - Şok olay

10-09-2022, 09:47


Balakən rayonunda 1989-cu il təvəllüdlü Orxan baldızı Leylaya (adlar şərti verilib - red.) təcavüz edib.
Gənc oğlan baldızını çöllüyə apardı: "Sənə hər gün kontur alacağam, razılaş..." - Şok olay
Bildirilir ki, hadisə ötən il noyabrın 26-da baş verib. Orxan 2005-ci il təvəllüdlü Leylanı mağazaya aparıb, daha sonra yaşadığı evə geri qaytarmaq adı ilə aldadaraq, onu rayonun Kortala kəndi ərazisində idarə etdiyi "VAZ 2106" markalı avtomobilə mindirib. Maşını kəndinin çöl sahəsinə sürüb, orada Leylaya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.

İstintaq orqanı tərəfindən Orxanın barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

"Mağazaya apara bilcəyimi dedim"

Orxanın barəsində olan cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rafail Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Orxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, baldızı Leylaya qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməyib:

"Hadisə baş verən günü bərbər olduğum üçün işdən çıxdım və özümə məxus avtomobillə evə gedərkən yolda baldızımı gördüm. Maşını saxlayıb ondan hara getdiyini soruşdum. Baldızım da mağazaya getdiyini bildirdi. Onu mağazaya apara biləcəyimi dedim. Baldızım da razılaşdı".

"Mənə şər atıblar"

Təqsirləndirilən şəxs qeyd edib ki, sonra baldızı ilə birlikdə mağazaya gediblər: "Leyla mağazada lazım olan əşyaları aldıqdan sonra onu evinə düşürdüm. Sonradan mənə məlum oldu ki, barəmdə polisə şikayət edilib. Əslində isə bütün bunlar mənə qarşı şər və böhtan xarakterli hərəkətlərdir.

Son vaxtlar həyat yoldaşım Sevda ilə münasibətlərim yaxşı olmayıb. Sevda məni həbsxanalarda çürütməklə hədələyib. Məndən acıq çıxmaq üçün üstümə belə bir şər atıblar".

"Baldızımı görəndə məndə ehtiras hissi oyanıb"

Orxan məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq ibtidai istintaqa başqa məzmunda danışıb. Məhkəmə onun ibtidai istintaqa etirafedici ifadələrini tədqiq edib.

Orxan ibtidai istintaqa ifadəsində göstərib ki, Balakən rayonu Kortala kəndində ailə üzvləri ilə birlikdə yaşayır və həmin kənddə bərbər işləyərək ailəsini dolandırıb:

"Zərərçəkmiş Leyla arvadım Sevdanın doğma bacısıdır. Sevda ilə 2019-cu ildə ailə həyatı qurmuşam. Həmin evlilikdən hazırda 1 yaşı olan qızımız dünyaya gəlib. Qayınatamgillə bizim yaşadığımız evin arasında təxminən iki kilometr məsafə var.

Kiçik baldızım Leyla bəzi vaxtlarda bizim evimizə qonaq gəlib. Baldızım yaraşıqlı olduğuna görə hər dəfə onu görəndə məndə ehtiras hissi oyanıb. Buna görə də bizə gələndə 2-3 dəfə onu qucaqlayaraq öpmüşəm. Lakin ona bu barədə heç nə deməmişəm".

"Gəzməyə aparacağımı dedim"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, noyabrın 26-da təxminən saat 12.00-da nahar etmək üçün işlədiyi bərbərxanadan çıxıb və özünə məxsus avtomobillə yaşadığı evə gedib:

"Kəndin mərkəzinə çatanda Leylanı yolun kənarı ilə piyada mənimlə üzbəüz gəldiyini gördüm. Avtomobili saxladım və haraya getdiyini soruşdum. Leyla özünə kontur və adapter almaq üçün mağazaya getdiyini bildirdi. Mən onu mağazaya aparıb, daha sonra geri qaytaracağımı dedim və avtomobilə əyləşməsini bildirdim.

Leyla avtomobilin arxa sərnişin oturacağında əyləşdi. Mağazaya çatanda Leyla avtomobildən düşdü, təxminən iki dəqiqədən sonra Leylanın geri qayıtmadığını gördüm. Onun arxasınca mağazaya getdim. Həmin vaxt Leyla alış-verişini bitirərək mağazadan çıxırdı. Buna görə birlikdə geri qayıtdıq.

Sonra avtomobili sürərək təxminən 400 metr irəlidə yerləşən, Elmir adlı kənd sakininin işlətdiyi mağazaya getdim, benzin alaraq avtomobilimə tökdüm. Yenə yola davam edərək Leylanın yaşadığı evə doğru getdik. Bir qədər sonra kəndin girəcəyindən sağa döndüm.
Ətraflı

Qabaqda Leylanın yaşadığı evə tərəf dönmək əvəzinə, avtomobili sola döndərdim. Həmin vaxt Leyla haraya getdiyimi soruşdu. Mən isə Leylanı gəzməyə aparacağımı dedim".

"Məni seyr edirdi"

Orxan qeyd edib ki, avtomobili çöl sahəsində doğru təxminən 200 metr sürərək saxlayıb:

"Avtomobili saxladıqdan sonra arxaya çevrildim və Leylanın üzündən, dodağından öpdüm, sonra ona qarşı seksual hərəkətlər etməyə başladım. Həmin vaxt Leyla mənə heç bir reaksiya vermirdi və onun hərəkətlərimə heç bir etiraz etmirdi. Sakit oturaraq məni seyr edirdi.

Seksual hərəkətlər edəndən sonra avtomobili sürərək Leylanı yaşadığı evin qarşısında düşürdüm və oradan yaşadığım evə getdim".

"Anamdan icazə istədim"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Leylanın sözlərinə görə, noyabrın 20-də Bakı şəhərində yaşayan bacısı Sevilin evinə qonaq gedib və noyabrın 25-də yaşadığı evə geri qayıdıb: "İstifadə etdiyim mobil telefonun enerji yığan cihazını yaddan çıxararaq bacımgilin evində qoymuşdum. Buna görə telefona yenisini almalı oldum. Bu məqsədlə noyabrın 26-da telefona enerji yığan cihaz almaq istədiyimi anama dedim. Mənə pul və icazə verməsini söylədim.

Anam da mənə pul və kəndin mərkəzində yerləşən mağazaya gedib-qayıtmağım üçün icazə verdi. Yolun yarısını qət etmişdim ki, Orxanın özünə məxsus avtomobillə mənimlə üzbəüz gəldiyi gördüm. O, yanıma çatanda avtomobili saxladı və haraya getdiyimi soruşdu. Özümə kontur və telefona enerji yığan cihaz almaq üçün mağazaya getdiyimi bildirdim. Orxan da məni mağazaya apardı".

"Mənə qarşı seksual hərəkətlər etdi"

Leyla daha sonra ifadəsində Orxanın onu kəndin çöllük ərazisinə aparmasını, orada ona qarşı seksual xarakterli hərəkətlər etməsindən danışıb:

"Orxan avtomobili evimizə tərəf yox, şəhər istiqamətində sürdü. Ondan məni hara apardığını soruşdum. Dedi, səni gəzməyə aparıram. Mən qışqıraraq etiraz etdim. Sonra maşının istiqamətini dəyişərək çöllük əraziyə sürdü. Yenə də Orxana etiraz edərək haraya getdiyini soruşdum. Orxan isə məni meşəyə gəzməyə aparacağını bildirdi. Belədə qışqıraraq ağlamağa başladım.

Avtomobildən yerə düşmək istədim və əlimdəki mobil telefonla arxa sağ şüşəyə vurmağa başladım. Buna görə Orxan çöl sahəsinə doğru təxminən 200 metr getdikdən sonra avtomobili saxladı.

Həmin vaxt qışqırdım, ağlayaraq avtomobilin sağ qapısını açaraq yerə düşmək istədim. Lakin Orxan qolumdan tutdu, çəkərək qapını bağladı və üstümə qışqıraraq sakit olmağımı tələb etdi. Bu zaman əlimdəki mobil telefonla Orxanın üz nahiyəsinə vurdum.

Daha sonra Orxan oturacağını bir az geri çəkdi, arxaya çevrilərək sol ayağını ön sərnişin oturacağının, sağ ayağını isə avtomobilin ön oturacaqlarının arasına qoydu. Sonra mənə qarşı seksual hərəkətlər etməyə başladı. Onu özümdən kənarlaşdırmağa çalışsam da, məndən əl çəkmədi. Hərəkətlərini davam etdirdi".

"Qorxduğum üçün heç kimə heç nə demədim"

Leyla deyib ki, Orxan ona qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra geri qayıdıblar:

"Geri qayıdanda baş verənləri bacım Sevdaya danışacağımı Orxana dedim. Orxan isə bu barədə heç kimə heç nə deməməyi tapşırdı. Mənimlə həmişə cinsi əlaqədə olmaq istədiyini və əvəzində hər gün mənə 1 manatlıq kontur alacağını bildirdi. Mən isə Orxana etiraz etdim.

Orxan məni apararaq yaşadığım evin qarşısında düşürdü və oradan getdi. Bundan sonra üst-başımı səliqəyə saldım, yaşadığım evə daxil oldum. Lakin bacımın ailəsinin dağılmasından, atamın Orxanı öldürəcəyindən qorxduğum üçün baş verənlərlə bağlı həmin gün heç kimə heç nə demədim".

Zərərçəkmiş qeyd edib ki, səhəri gün, yəni noyabrın 27-də baş verən hadisəni anasına danışıb. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək bu barədə məlumat veriblər. O, bacısının əri ilə barışmayıb və ondan şikayətçidir.

Orxan 6 il müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi