Azərbaycanda iyrənc olay: 8 uşaq atası bacısının nəvəsinə təcavüz etdi
Samux rayonunda bacısının azyaşlı nəvəsinə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 1956-cı il təvəllüdlü Bayramın cinayət işi yekunlaşıb.
Azia.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi istintaq sənədlərinə görə, Bayram 16 dekabr 2019-cu ildə Samux şəhərində yaşayan qardaşı qızı Məlahətin (cinayət işində bəzi adlar şərti verilib - red.) evinə qonaq gəlib. O, süfrəsində yemək-içmək olmadığı üçün mağazaya gedib yemək-içmək almağı bəhanə edib, onunla birlikdə mağazaya getmək istəyən qardaşı qızının əri Vidadiyə "sən getmə, mən özüm Əli ilə gedib-gələcəm" deyə, onun atasını kənarlaşdırıb, öz çirkin niyyətini həyata keçirmək üçün Əlini evdən özü ilə aparıb.
Azyaşlıya qarşı iyrənc hərəkət
Bayram əvvəlcə evin həyətində ayaqqabısın geyinərkən 2 dəfə sağ əli ilə azyaşlının şalvarının üstündən arxa nahiyəsini sıxdıqdan sonra şalvarının altına əlini salaraq tərpənməyə qoymayıb və arxa nahiyəsini qurdaladığı zaman evdən Əlinin anasının çıxdığını görüb. Bu zaman əlini onun şalvarından çıxarıb.
Daha sonra onunla birlikdə mağazaya gedib, araq və çörək alıb. Sonra Bayram uşaqların sevdiyi şirniyyatları - "Kinder" şokalad konfetini və mandarin meyvələrini almaqla şirnikdirərək Əlini ələ alıb və mağazadan çıxaraq Samux şəhəri, A.Nəbiyev küçəsi ilə yaşadığı ünvana qayıdarkən onu avtomobil idarə etməyi öyrətmək bəhanəsi ilə aldadıb.
Avtomobildə seksual hərəkət
O, idarə etdiyi "Mercedes benz E230" markalı avtomobilində Əlini qucağında otuzdurub və sinəsi ilə sükan arasında bərk sıxıb saxlamaqla ona zor tətbiq edib.
Daha sonra Bayram təxminən 3-4 dəqiqə ərzində Əli ilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq istəyib. O, Əlini bir daha aldadıb, guya avtomobil sürməyi öyrənmək üçün hoppanıb-düşmək lazım olduğunu deyib və onu hoppanıb-düşməyə məcbur etməklə öz cinsi ehtirasını təmin edib.
Bu zaman Əli arxa nahiyəsinə nəyinsə dirəndiyini hiss etsə də, bunun əl barmaq və yaxud cinsiyyət üzvü olduğunu bilmədiyi və bədənində ağrı hiss etdiyi üçün onun qucağından çıxmaq istəyib. O, Əlinin avtomobilinin sükanına sıxaraq buna imkan verməyib.
Evlərinin döngəsinə çatanda isə "bu barədə heç kimə, heç nə demə, mən sənə saat verəcəm deyə" onu yenidən ələ alıb və susmağa məcbur edib.
İstintaq orqanı tərəfindən Bayramın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
"Azyaşlı ilə cinsi əlaqədə olduğum üçün məhkum olunmuşam"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bayram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, 1977-ci il tarixdə Validə ilə rəsmi ailə həyatı qurub: "Bizim 8 övladımız, bir oğlan və 7 qız övladı olub. Arvadım Bakı şəhərində qızımın yanında yaşayır və nəvələrimizə baxır. Mən isə Gəncə şəhərində evdə təkcə yaşayıram. 2013-cü ildə Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələri ilə azyaşlı oğlan uşağı ilə cinsi əlaqədə olduğunda ittiham olunaraq Gəncə şəhər Nizami rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişəm. Məlahət qardaşımın doğma qızıdır, zərərçəkmiş şəxs isə onun doğma oğludur. Onlar Samux rayon Nəbiağalı qəsəbəsində yaşayırlar. Qardaşım ikinci dəfə ailə həyatı qurub, ancaq Məlahət birinci arvadının övladıdır. Qardaşım Gəncə şəhərində yaşayır, birinci arvadı ilə isə ayrılıb".
"Onlar çox kasıbdırlar"
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir dəfə Məlahət anası Səbinə övladları ilə 2019-cu ilin iyun ayında onlara qonaq gəliblər: "Mən də onları həmin vaxt qohum olaraq qəbul etdim. Səbinə ilə bir neçə dəfə Gəncə şəhərində görüşdük. Görüşməyimdə məqsəd ona kömək etmək istəməyim olub. Onlar çox kasıbdırlar, mən də Səbinəyə xatırlamadığım bir vaxtda görüşən zaman ona yaşadığım evdə işlətmədiyim bir mobil telefon verdim. Əlavə olaraq Səbinəyə hər dəfə görüşən zaman 10-15 manat pul da vermişəm".
"Qərara gəldim ki, qardaşı qızının evinə qonaq gedim"
Bayram qeyd edib ki, 22 dekabr 2019-cu ildə Səbinə özü təkcə onlara gəlib: "Gəlməyənin səbəbi onları nə üçün evdən qeydiyyatdan çıxarmağım olub. Ancaq Səbinənin şər-böhtançı olduğunu bildim, heç bir səbəb olmadan onu qapıdan qovdum. Dekabrın 18-də Gəncə şəhərində evdə olan zaman Məlahət mənə zəng etdi. Mən həmin vaxt Məlahətin nömrəsini bilməmişəm. Telefonda Səbinə məni öz evlərinə qonaq çağırdı. Mən də telefonda ona dedim ki, əgər anası orada olacaqsa, gəlməyəcəm. Məlahət də bildirdi ki, anası olmayacaq, ancaq onun özü və ailəsi olacaqdır. Buna görə də qərara gəldim ki, qardaşı qızının evinə qonaq gedim".
"Əlaqə saxlamamışam"
Bayramın ifadəsinə görə, həmin günü, saat təxminən 14 radələrində evdə qardaşı qızının yaşadığı Samux rayon Nəbiağalı qəsəbəsinə qonaq gedib: "Yolu tanımadığım üçün Məlahət və onu əri Vəli ilə mobil telefonla danışdım. Vəli qabağıma çıxaraq yaşadığı evə apardı. Vəli oğlu Əli ilə qabağıma çıxmışdı. Biz hamımız evə getdik. Evdə Məlahətin əri Vəli ilə yaxından tanış oldum. Özüm ilə gətirmiş olduğum saatı Səbinəyə verdim ki, oğlu Əliyə adımdan hədiyyə kimi versin. Evdə Məlahətə dedim ki, məni evinə qonaq çağırmısan, ancaq yeməyə heç nə yoxdur. Sonra Vəliyə dedim ki, vuransan?. Vəli də mənə hə deyəndən sonra qərara gəldim ki, yaxınlıqda olan mağazadan bir qədər çörək, kolbasa, yumurta və araq alıb içək. Ancaq mağazanı tanımadığım üçün Səbinənin oğlu Əliyə dedim ki, mənimlə birlikdə mağazaya gedən yolu göstərsin. Sonra Vəliyə dedim ki, səninlə birlikdə gedək. Məlahət bildirdi ki, oğlu ilə birlikdə gedim. Sonra Əli ilə birlikdə mənə məxsus avtomobillə yaxınlıqda olan mağazaya getdik. Mağazanın yolunu Əli mənə göstərdi. Əli idarə etdiyim avtomobilinin qabaq sağ tərəfində oturmuşdu. Mağazada olan zaman Əliyə dedim ki, ürəyi nə istəyirsə mağazadan götürsün. Mağazadan ona 1 ədəd "Kinder" şkoladı, 4 ədəd mandalin, 1 ədəd çörək, kolbasa və 1 ədəd 05 litr həcmli araq aldım. Sonradan biz avtomobillə geri qayıtdıq. Qayıdan zaman Əli yenə avtomobilin qabaq sağ tərəfində oturmuşdu. Əligilin evinin qabağına çatan zaman Vəli mənim tərəf avtomobilinin qapısını açdı. Bu zaman sağ tərəfində ortada oturmuş Əlini qucaqlayaraq götürüb atasına verdim. Bundan sonra biz evə keçdik. Vəli ilə evində yeyib-içdikdən sonra öz avtomobilim ilə evə qayıtdım. Evə qayıdan zaman artıq saat 17-18 radələri olub. Həmin gündən bəri Məlahətgillə heç bir əlaqə saxlamamışam. Buna qədər heç vaxt onların evində olmamışam".
"Dedi ki, hər şey qurtardı"
Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 19-da, saat təxminən 10-11 radələrində evdə olan zaman sonradan adını Ehtiram kimi bildiyi polis əməkdaşı Səbinə ilə onun evinə gəlib: "Ehtiram adlı polis əməkdaşı mənə dedi ki, Samux rayon polis şöbəsinə gələrəm. Mən də həmin günü günorta saatlarında Samux rayon polis şöbəsinə gəldim. Ehtiram adlı polis əməkdaşının otağına daxil olan zaman orada Səbinəni, qızı Məlahəti və onun oğlu Əlini gördüm. Gördüm ki, polis şöbəsində nəsə yazırlar. Sonradan həmin polis əməkdaşı mənim şəxsiyyət vəsiqəmi aldı. Həmin vaxtı Samux rayon polis şöbəsinin inzibati binasının həyətində gözləyən zaman bir qədər keçmiş Səbinə həyətə çıxdı. Mənə yaxınlaşaraq dedi ki, get 300 manat pul tap gətir. Mən də dedimir ki, sən o pulu neynirsən. Bildirdi ki, sənin şəxsiyyət vəsiqəni polis əməkdaşından almaq üçün lazımdır. Mən də buna etiraz etmədim. Dostum İslam adlı şəxsdən 300 manat nağd pul götürərək Samux rayon polis şöbəsinin qabağında Səbinəyə verdim. Səbinə də götürdüyü pulla Samux rayon polis şöbəsinin inzibati binasına daxil oldu. Mən də onu çöldə gözlədim. Bir qədər keçmiş Səbinə mənə öz şəxsiyyət vəsiqəmi təqdim etdi, dedi ki, hər şey qurtardı, məni də öz avtomobilimlə avtovağzala düşürt. Mən də etiraz etmədim və onunla birlikdə Gəncə şəhərinə getdim. Yolda Səbinəni düşürtdükdən sonra yaşadığım evə getdim".
Təqsirləndirilən şəxs deyib ki, dekabrın 25-də onu Samux rayon polis şöbəsinin istintaq qrupuna çağırıblar. Onun barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs deyib ki, o, böhtanla üzləşib.
Məhkəmədə ifadə verən zərərçəkmiş, 10 yaşlı Əli təqsirləndirilən şəxsin iyrənc əməlini olduğu kimi çılpaqlığı ilə danışıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bayram 9 il müddətinə azadlıqdan məhrum edilib.