Xərçəngdən qoruyur, artıq çəkidən xilas edir - Möcüzəvi tərəvəzi TANIYIN
"Kabaçok A və C vitaminləri, dəmir, kalium, kalsium, askorbin və fol turşusu ilə zəngindir. Eyni zamanda lif mənbəyidir, xərçəng, ateroskleroz və öd daşlarının əmələ gəlməsi riskini azaldır. Bu mövsüm tərəvəzini mütləq rasionunuza daxil edin". Azia.az Musavat.com-a istinadən xəbər verir ki, bunu rus diyetoloq Anton Brıkin deyib. O bildirib ki, kabaçok mədə-bağırsaq traktının düzgün işləməsi üçün zəruri olan lif mənbəyidir:
"Lif faydalı bakteriyalar üçün çoxalma imkanı yaradır ki, bu da bağırsaqlarda iltihabi proseslərin baş verməsinin qarşısını alır və beləliklə xərçəngin yaranma ehtimalını azaldır. Lif bağırsaq hərəkətliliyini normallaşdırır, xolesterol və öd turşularının orqanizmdən çıxarılması prosesində iştirak edir".
Diyetoloq kiçik ölçülü təzə kabaçoklara üstünlük verməyi məsləhət görür. Çünki belə tərəvəz həm dadlı olur, həm də özündə çox miqdarda qida ehtiva edir:
"100 qram kabaçokda cəmi 24 kalori var. Onun müntəzəm istifadəsi təkcə sağlamlığa təsir etmir, həm də artıq çəki qazanmamaq üçün əla fürsətdir".