azia.az
azia.az

İntim əlaqədən sonra sistit niyə əmələ gəlir? - Qadınlar üçün

22-08-2022, 01:47


Ginekoloqlar çox qadınların daimi və ya müxtəlif cinsi partnyorlarla münasibətdən sonra sidik yolları iltihabı, infeksiyası olan sistitə tutulduğunu deyir.

İntim əlaqədən sonra sistit niyə əmələ gəlir? - Qadınlar üçün
Xəbər verilir ki, sistitin belə yaranmasının əsas səbəbi menstruasiya zamanı və ya bitən kimi dərhal əlaqədir.
Həkim ginekoloqlar Mariya Selixova və Olqa Kaplina intim əlaqə ilə ilə bağlı sistitdən qorunma yollarını açıqlayıblar.



"Hətta qoruyucu ilə cinsi münasibət zamanı partnyorlar arasında cinsi mikroflora mübadiləsi gedir. Cinsi orqanların selikli qişası zədələnir.


Zəif immunitet və ya artıq zəif mikroflora olan zaman, məsələn, əgər kişi və ya qadın hər hansı xəstəlikdən əziyyət çəkirsə, infeksiyası varsa, antibiotiklər qəbul edirsə, bu zaman əlavə olaraqsistit olma riski yüksəlir.


Eləcə də deflorasion sistit növü var ki, mikroflorların arasında konfliktə görə, hər iki tərəfin sidik kisəsi iltihablaşır.

Üstəlik cütlüklərin eyni vaxtda bir neçə növ cinsi aktı sınadığını nəzərə alsaq, floralar yer dəyişir və sistit, digər infeksiyalar riski artır.

Sistit müalicə olunmadıqda, xroniki formaya keçir, xüsusən hamilələrdə problem yaradır.

Qadınlarda yaş irəlilədikcə, sistit sidik saxlamama, pielonefrit, böyrəklərin xəstəliyinə səbəb olur.


Sistitin müalicəsi üçün hər iki tərəf aşağı çanaq orqanlarının USM-dən keçməli, sidik, yaxma, qan analizləri verməli və hər iki tərəf müalicə olunmalıdır"."Medicina"


Aygün Musayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi