Hamiləlik və böyüyən qarın intim əlaqəyə maneə deyil - Ginekoloq
Bir çox qadınlar hamiləliyin cinsi münasibətə əks göstəriş olduğunu düşünür və doğuşa qədər bir müddət əlaqədən çəkinir.
Xəbər verilir ki, ginekoloq Viktoriya Fisyuk cinsi əlaqənin hamiləliyi pozması fikrinə aydınlıq gətirib.
"Nəzərə alsaq ki, hamiləlik özü seksual əlaqədən meydana gələn fizioloji prosesdir, hamiləlik boyu bundan imtina etməyə dəyməz.
Çünki intim əlaqədən alınan müsbət hiss, emosiyalar hamiləliyi daşımağa kömək edər, vaxtından əvvəl doğuşa səbəb olmaz.
Gələcək valideyn olacaq kişi və qadınlara çatdırmaq lazımdır ki, hamiləlikdə qorxub intimdən imtina etməsinlər.
Onlara çatdırılan fikirlər əsassızdır.
Əlbəttə bəzi göstərişlər var ki, o zaman cinsi fasilə lazımdır. Amma bunu həkim əsaslandırmalıdır. Ciddi patologiyalarda əlaqəyə fasilə verilir. Bu əsasən birinci 3 ayda olur.
Əgər hamilə qadında qarının aşağısında ağrı, qanlı axıntı varsa, mütləq həkimə müraciət etməlidir.
Birinci trimestrdə qadının əhvalı, hormonal fonu dəyişir, libido aşağı düşür, o özü intim əlaqə istəmir.
Amma bu müvəqqətidir. Bu zaman kişi qadını dəstəkləməli, onun əhvalına uyğun davranmalı, sonrakı aylarda romantik ab-hava yaratmalıdır.
Qarının böyüməsi cinsi əlaqəyə maneə deyil. Bu ərəfədə əlaqə döl üçün qətiyyən təhlükəli və diskomfort deyil. Əksinə ananın müsbət emosiyası ona da yaxşı təsir edir" - deyə həkim bildirib.
Aygün Musayeva