Məhkəmə intim videolar yayan FHN polkovniki ilə bağlı QƏRAR VERDİ
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videolarını yaymaqda təqsirləndirilən FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbiri seçilib.
Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
"Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Zaur Mirzəyev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - deyə, qeyd edilib
Qeyd olunub ki, Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib. Məhkəmə Zaur Mirzəyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.