azia.az
azia.az

Göyçay RMX-ında nə baş verir - Baş həkim ölmüş xəstənin..... ŞİKAYƏT

15-08-2022, 11:13

Göyçay RMX-ında nə baş verir - Baş həkim ölmüş xəstənin..... ŞİKAYƏT
Daxil olan şikayət məktubunu təqdim edirik:
Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu tərəfindən cənab Prezidentə

ŞİKAYƏT ƏRİZƏSİ

"Hörmətli cənab Prezident! Bildirmək istəyirəm ki, bir müddət öncə Göyçay Rayon Mərkəzi Xəstəxanasının bəzi həkimlərinin məsuliyyətsizliyi üçbatından qardaşımın həyat vəfat etmişdir. Mən də xəstənin yaxın qohumu olaraq mərhumun ölüm səbəblərinin obyektiv araşdırılması və xəstəxanada yaranmış özbaşınalıqların qarşısının alınması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Göyçay Rayon Prokurorluğuna yazılı ərizə ilə çoxsaylı müraciətlər ünvanlayırdım. Lakin, xəstəxananın direktoru Yaşar Əhmədov prokurorluq tərəfindən aparılan istintaqın normal gedişinə mane olmaq məqsədilə əsas və tərkib olmadan, qondarma ittihamla məni Göyçay Rayon Məhkəməsinə şikayət edib.

Belə ki o, facebook sosial şəbəkəsində mənim xəbərim olmadan "Səbuhi Quluzadə" adlı profildən paylaşılan paylaşımların mənimlə əlaqəsi olduğunu iddia edir. Halbuki həmin paylaşımlarda yer alan təhqir və şərəf və layəti alçaldacaq sözlərlə mənim heç bir əlaqəm yoxdur. Yuxarıda qeyd etdiyim "Səbuhi Quluzadə" profili uydurma profildir. Hətta 1 il yarım öncə həmin profilin oğurlandığı haqqında hüquq mühafizə orqanlarına yzılı ərizə ilə müraciət etmişdim. Buna baxmayaraq "facebook" sosial şəbəkəsinin baş ofisi (baş server) ölkəmizin hüdudların kənarda yerləşdiyi üçün araşdırma aparmaq mümkün olmamışdır. Həmin vaxtdan etibarən mənim adımdan istifadə edilərək paylaşılan paylaşımlarla mənim heç bir əlaqəm yoxdur.

Hörmətli cənab Prezident! Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır". Məhz ona görə də Sizdən çox xahiş edirəm, barəmdə Göyçay Rayon Məhkəməsinə verilən əsassız ittihamın ləğv edilməsi və hüquqlarımın bərpa olunması üçün köməklik göstərəsiniz. Sizə öz dərin təşəkkürümü bildirirəm".



Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi