azia.az
azia.az

Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi

20-05-2016, 18:50

Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi

Göyçay rayon sakinləri tərəfindən

ŞİKAYƏT MƏKTUBU

Biz Göyçay rayon sakinləri Prezident cənab İlham Əliyevə gömrük generalı Ehtiram Xəlilovun saxtakar, ruhi xəstə qohumu barədə məlumat vermək istəyirik.Dövlətin büdcəsini talayan bu ruhi xəstə müdirin fəaliyyəti ciddi yoxlanılmalı və onun barəsində təcili tədbirlər görülməlidir.
Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun ruhi xəstəliyə görə hərbi xidmətə yararsız hesab edilməsinə baxmayaraq belə bir mötəbər vəzifəyə yararlı hesab edilmişdir.Bununda bir səbəbi isə onun arxasında əmisi oğlu gömrük generalı Ehtiram Xəlilovun dayanmasıdır.Elə bu səbəbdəndir ki, ruhi xəstə sənədi alan Kamran Xəlilov həqiqətəndə ruhi xəstəlkər kimi davranaraq dövlət vəsaitini göyə sovurur. Atalar yaxşı deyib "dəliyə yer ver, əlinə bel ver" . 2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov rüşvət hesabına çoxlusayda rayon sakinlərinə saxta əmək stajı təyin etdirib dövlətə küllü miqdarda zərərlər vurmuşdur.Hansı ki, məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay rayon məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb saxta və qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir.Həmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir.Əgər araşdırılarsa həmin şəxslər göstərilən yerlərdə işləməyiblər.Sdəcə olaraq bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayıb məhkəmədə qanunlaşdırıb küllü miqdarda qazanca sahib olur.Bu saxtakarlıqın obyektiv yoxlanılmasına zərurət var. Ruhi xəstə olan Kamran Xəlilov Göyçay şəhərində Səməd Vurğun adına İnternat məktəbinin həyətində özünə böyük bir villa tikdirib.Həmin yer uşaq internat məktəbinin həyətyanı sahəsi olsada bələdiyyə sədri ilə əlbir oub həmin yeri qanunsuz olaraq zəbt etmişdir. Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsada əmisi oğlu general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir.Kamran Xəlilov hazırda çox əlləşir ki, yeni yaradılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin rəhbəri vəzifəsinə təyin olunsun.Nəinki yeni yaradılacaq mötəbər vəzifəyə həttda bu ruhi xəstənin DSMF-nin Göyçay rayon şöbəsinin müdiri vəzifəsində qalması dövlətin adına bir ləkə olmaqla yanaşı həmçinin dövlətin büdcəsini təhlükə altında qoymuşdur.Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova , Hesablama Palatasına, DSMF-nin sədri cənab Elman Mehdiyevə müraciət edib xahiş edirik bu cinayət faktını obyektiv araşdırıb Kamran Xəlilovun barəsində ciddi tədbirlər görəsiniz.
İmza; Göyçay rayon sakinləri
Seyidov Azər Əliəjdər oğlu

Babayev Pünhan Hamlet oğlu

Qasımov Sahib Dadaş oğlu
Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi
Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi