azia.az
azia.az

Elman Nəsirov fotosundan danışdı: “Həftədə 3 dəfə trenajorda oluram...”

10-08-2022, 08:57

Elman Nəsirov fotosundan danışdı: “Həftədə 3 dəfə trenajorda oluram...”
Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub. Fotodakının Elman Nəsirov olmadığı, “Photoshop”dan istifadə etdiyi ehtimal edilib.


Azia.az xəbər verir ki, Elman Nəsirov Pravda.az-a açıqlamasında bunun “Photoshop” olmadığını deyib: “Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi