Türk generaldan SENSASİON AÇIQLAMA: İrəvan buna razı olmasa, Azərbaycan və Türkiyə...
Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauzun publika.az-a müsahibəsini təqdim edirik:
- "Qisas" əməliyyatı erməni terrorçuların məhv edilməsi və strateji yüksəkliklərin nəzarətə götürülməsi ilə nəticələndi. Bu əməliyyatın davamı olacaqmı?
- "Qisas" əməliyyatı nəticəsində nəzarətə götürülən hakim yüksəkliklər, eyni zamanda Azərbaycan əsgərinin şəhid olmasına səbəb olan separatçı ünsürlərin məhv edilməsi Azərbaycanın sərgilədiyi qətiyyətli mövqe baxımından çox uyğundur. Ermənistan terror fəaliyyətləri törətməyə davam etdiyi müddət ərzində Azərbaycan da bu terrorçu ünsürləri yox etməyə davam edəcək. "Qisas" əməliyyatı Ermənistanın 10 noyabr 2020-ci il razılaşmasına əsasən verdiyi sözləri yerinə yetirməsi olmalıdır və olacaq da.
- Ötən gün Laçında əsgərimizin şəhid olmasında sülhməramlıların günahı varmı? Bu gedişlə sülhməramlılar Qarabağı tərk edəcəkmi?
- 10 noyabr 2020-ci ildə imzalan sazişdən sonra Azərbaycan əsgərlərinin şəhid olmasında günahkar həm də Rusiya sülhməramlı qüvvələridir. Onlar vəzifələrini tərəfsiz, şəffaf və lazım olduğu kimi yerinə yetirmirlər. Rus sülhməramlı qüvvələri bu fəaliyyətdən sonra Qarabağı tərk etməz. Rusiyanın 10 noyabr sazişinə rus sülhməramlılarının 5 il müddətində Qarabağda qalması ilə bağlı bəndi daxil etməsində də məqsədi bu idi. Biz Rusiyadan səmimi, dürüst, 10 noyabr razılaşması, Moskva görüşləri kontekstində verdiyi sözləri yerinə yetirməsini və Qarabağdan terrorçu qrupların tamamilə ortadan qaldırılması gözləyirik. Bir sözlə, Moskvadan bu məsələdə səmimi davranış göstərməsini istəyirik.
- Qarabağda bundan sonrakı proseslər, xüsusilə də Laçın dəhlizi ilə bağlı məsələlər necə cərəyan edəcək?
Ətraflı
- Azərbaycan bir tərəfdən terrorla mübarizə apararkən, digər tərəfdən də sülhə şans tanımağa, bölgəyə "3+3" formatı və digər kontekstlərdə sülhün və sabitliyin gəlməsinə töhfə verməyə çalışır. Diplomatik fəaliyyətlər davam edəcək. Digər tərəfdən də hərbi fəaliyyətlər, "Qisas" əməliyyat kimi əməliyyatlar və terrorla mübarizə davam edəcək. Bundan sonrakı proses belə olacaq: əgər bir Azərbaycan əsgərinin burnu qanadığı təqdirdə həm Azərbaycanın, həm də Türkiyənin bölgədəki sülh və sabitliyə verdiyi töhfəni dondurmasının uyğun olacağını düşünürəm.
- Bakı təkcə 10 noyabr razılaşmasının 4-cü bəndinə uyğun olaraq erməni qoşunların çıxarılmasını yox, həm də separatçı-terrorçuların tərksilah edilməsini də tələb edir. Bu prosesin icrasına dair razılaşma nə zaman mümkün ola bilər?
- 10 noyabr razılaşmasının 4-cü bədəninin icrasına qısa zamanda nail olunmalıdır. 4-cü bənddəki müddəalar həyata keçirilməlidiyi təqdirdə Azərbaycan və Türkiyə Ermənistanla razılaşmayacaq, sülh müqaviləsi də olmayacaq. Ermənistan bir dövlət olaraq artıq yavaş-yavaş yox olur. Sülh müqaviləsi imzalanaraq əmin-amanlığın və sabitliyin bölgəyə gətirilmədiyi təqdirdə 1-2 ilə qədər Ermənistan adlı dövlət olmayacaq. İrəvanın müqavilənin şərtlərini yerinə yetirməsi üçün çox sürətli hərəkət etməsi lazımdır. Bundan əlavə içindəki "alaq otlarını", xainləri təmizləyərək yoluna davam etməsi lazımdır. Əks halda Ermənistan 1-2 ilə çörək tapmayacaq bir vəziyyətə düşəcək.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə sabah Soçidə görüşəcəklər. Bu görüşdə Qarabağ müzakirə olunacaqmı?
- Soçidəki görüşlərin əsas təməl detallarından biri də 10 noyabr razılaşmasına və Moskva görüşlərinə uyğun olaraq Qarabağda həyata keçirilməyən fəaliyyətlər olacaq. Xüsusilə də ermənilərin terror fəaliyyətlərini dayandırmaması və terrorçuların hələ də Azərbaycan ərazisində tərki-silah edilməməsi önəmli mövzulardan biridir. Soçidə keçiriləcək bölgədə və dünyadakı sülh və sabitliyə töhfə verəcək bu görüşdə Ərdoğan bir daha Rusiya Prezidentinə 10 noyabr razılaşmasındakı bəndlərin icrasını xatırladacaq. Sülhməramlı qüvvələrin tərəfsiz şəkildə vəzifələrini yerinə yetirməsi, bölgəni formalaşdıran qeyri-regional dövlətlər deyil, region ölkələrinin öz əlləri ilə sülh və əmin-amanlıq gətirmələri ilə bağlı qiymətləndirmələr əsas müzakirə mövzularından biri olacaq.