Polşalı arxeoloq MEK-lə tanış olub
Polşanın Krakov şəhərində yerləşən Yagellon Universitetinin arxeoloqu Lukaş Oleşçak Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə tanış olub.
MEK-lə tanışlıq zamanı icraçı direktor Şəhla Tahirqızı kitabxananın ümumi fəaliyyəti haqqında qonağa məlumat verib.
Kitabxana qeydiyyatı, sərgi salonu, AMEA-nın yaradılmasında əməyi keçən 15 akademikin büstlərinin yer aldığı qalereya, müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən hədiyyə edilən nəşrlərin mühafizə edildiyi Diplomatik fond, Aprel və Tovuz döyüşlərinin, Birinci və İkinci Qarabağ müharibəsinin şəhid, qazi və iştirakçıları barədə məlumatların sistemli şəkildə toplanıldığı Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olan qonağa ətraflı məlumat verilib. Polşalı qonaq Qarabağ müharibəsi qəhrəmanları fondunda “Zəfər Memarları”, “Biz Qalib Xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərə, həmçinin fondda sərgilənən nəşrlərə baxıb.
Polşalı arxeoloq kitabxana ilə tanışlıqdan məmnunluğunu dilə gətirib, təmsil etdiyi universitet adından kitab mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb.
AMEA-nın Mərkəzi Elmi Kitabxanası
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]