azia.az
azia.az

"Böyük Qayıdış" Gənclər Təşkilatının üzvləri Mərkəzi Elmi Kitabxananı(MEK) ekskursiya ediblər.

25-04-2022, 14:18


"Böyük Qayıdış" Gənclər Təşkilatının üzvləri Mərkəzi Elmi Kitabxananı(MEK) ekskursiya ediblər.

"Böyük Qayıdış" Gənclər Təşkilatına üzv bir qrup gənc Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ekskursiya ediblər.
Ekskursiya zamanı gənclər AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereya, “Nadir və qiymətli nəşrlər” şöbəsi ilə yaxından tanış olub, Diplomatik fondda müxtəlif ölkələrin nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlərə baxıblar.
Qonaqlar Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanışlıq zamanı, burada nümayiş etdirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkillərindən ibarət guşələrə baxıb, “Zəfər Memarları”, “Biz Qalib Xalqıq!”, “Qarabağ Azərbaycandır!” başlıqlı stendlərə, həmçinin sərgilənən nəşrlərə nəzər yetiriblər.


İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]

"Böyük Qayıdış" Gənclər Təşkilatının üzvləri Mərkəzi Elmi Kitabxananı(MEK) ekskursiya ediblər.
"Böyük Qayıdış" Gənclər Təşkilatının üzvləri Mərkəzi Elmi Kitabxananı(MEK) ekskursiya ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi