azia.az
azia.az

Bir həftədir tutulub, amma yenə vəzifədədir

18-07-2022, 08:28

Bir həftədir tutulub, amma yenə vəzifədədir
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin iki yüksək vəzifəli generalı və bir neçə vəzifəli şəxsləri həbs edilib.

Xəbər verilir ki, "Azərterminalkompleks” Birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Üzərindən 23 gün keçməsinə baxmayaraq, hələ də general Ehtiram Xəlilov Dövlət Gömrük Komitəsinin rəsmi veb səhifəsində "Azərterminalkompleks" Birliyinin direktoru vəzifəsində çalışır.

Həbs edilən gömrük xidməti general-mayoru Rəsulov Məsum Eynalı oğlu da qurumun rəsmi saytında Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsindədir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində bu məsələlərə cavabdeh şəxs qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik - 1977-ci il sentyabrın 22-də Naxçıvan şəhərində anadan olan Axundov Natiq Sabir oğludur. "Qaynarinfo


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi