Gömrük Komitəsinin bütün yüksək vəzifəliləri naxçıvanlılardır - SİYAHI
Dövlət Gömrük Komitəsinin bütün yüksək vəzifəli şəxslərinin naxçıvanlı olması heç kəsə sirr deyil. Komitədən sədrdən tutmuş sədrin müavinlərinə, idarə və xidmət rəislərinə qədər yüksək vəzifəli şəxslərin əksəriyyəti Naxçıvan doğumludur. Bildirilir ki, bu məsələ mətbuatda işıqlandırıldıqdan sonra S.Mehdiyevin tapşırığı əsasında komitənin saytında qurumun yüksək vəzifəli şəxsləri ilə bağlı yer almış məlumatlarda dəyişikliklər edilib. Belə ki, komitənin saytından qurumun vəzifəli şəxslərinin naxçıvanlı olması barədə məlumatlar silinib.
Əksəriyyəti Nehrəm kəndindən olan bu məmurların orada nə iş görməsi çox maraqlıdır. Əcəba, Gömrük Komitəsində yüksək vəzifə tutmağa layiq olan başqa şəxslər yoxdurmu?
Dövlət idarəçilik sistemində belə bir acınacaqlı durumun yaradılması, vəzifəyə təyinatların sırf regionçuluq amili üzərindən həyata keçirilməsi utanverici məqamdır.
Azsiyasət.com saytı həmin məlumatları təqdim edir.
Sədr: Səfər mehdiyev - Naxçıvan, Babək rayonu, Nehrəm kəndi
Müavin: Əsgər Abdullayev - Naxçıvan, Babək rayonu, Nehrəm kəndi
Müavin: Rza Həsənəliyev - Naxçıvan, Ordubad rayonu
Müavin: İsmayıl Hüseynov – Naxçıvan şəhəri
Gömrük Komitəsinin naxçıvanlı digər yüksək vəzifəli şəxsləri:
Daxili Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Zalov
İnzibati idarəetmənin təşkili idarəsi Nüsrət Qurbanov
Xarici əlaqələr idarəsinin rəisi Dilavər Fərzəliyev
Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov
Mətbuat xidmətinin rəisi Natiq Axundov
Katibliyin rəisi Firudun Məmmədov
Avtomobil-nəqliyyat idaəsinin rəisi Simurq Cəfərov
İnfrastukrutun inkişafı idarəsinin rəisi Kamil Qasımov
Əməliyyat və istintaq baş idarəsinin rəisi Məsum Rəsulov
Gömrük Akademiyasının rəisi Qulu Novruzov