azia.az
azia.az

Tovuz döyüşləri şəhidinin xatirəsi yad edildi - FOTO

12-07-2022, 16:15

Tovuz döyüşləri şəhidinin xatirəsi yad edildi - FOTO

Bu gün Tovuz döyüşlərindən iki il keçir
4 iyun 2021-ci ildə "Qazax" Xeyriyyə İctimai Birliyi və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Tovuz döyüşlərinin Şəhidi Mayor Namiq Əhmədovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.

Anım Tədbirində "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi mayor İlkin Qayıbov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, ADPU-nun Quba filialının direktoru, dosent Yusif Alıyev, ehtiyatda olan polkovnik-leytenant Elşən Abdullayev, Xalq artisti Gülyaz Məmmədova, gizir Ağabala Abdullayev, Şəhidin zabit dostları, müğənnilər Kəmalə Xəlilova, Sədəf Budaqova çıxış etdilər.
Tədbirdə Şəhidin ailə üzvləri, "Qazax" Xeyriyyə İctimai Birliyinin üzvləri, Şəhidin zabit dostları iştirak edirdilər.

Sonda Şəhidin ailəsi adından oğlu Məhəmməd çıxış etdi.

Namiq Hajan oğlu Əhmədov 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 1991-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2002-ci ildə həmin məktəbi bitirmişdir. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2006-cı ildə ali hərbi məktəbi artilleriya ixtisası ilə bitirmişdir. 2007-ci ildə Təlim Tədris Mərkəzində zabit kursunda təhsilini davam etdirmişdir.
Təlim Tədris Mərkəzində təhsilini başa vurduqdan sonra "N" saylı hərbi hissədə hərbi vəzifəsinə başlamışdır.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlarda Namiq Əhmədov da yaxından iştirak edirdi. Döyüşlərdə fərqlənməsi və fəallığı yüksək qiymətləndirilmiş, fəxri fərmanla təltif edilmişdir. Həmçinin, ona vaxtından əvvəl mayor rütbəsi verilmişdir.
2020-ci il iyulun 12-dən 13-nə ötən gecədən başlayaraq cəbhənin Tovuz rayonu, xüsusilə, rayonun Ağdam kəndi istiqamətində şiddətli döyüşlər başladı. Bu döyüşlər tarixə Tovuz döyüşləri olaraq yazıldı. Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Namiq Əhmədov da bu döyüşlərdə xüsusi fəallıqla vuruşurdu. O, 2020-ci il iyulun 13-dən 14-nə ötən gecə Tovuz istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu.

İyulun 14-də Namiq Əhmədov, doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olundu.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namiq Əhmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Ruhunuz şad olsun, Şəhidlər!

Səbinə Yusif
“Qazax” Xeyriyyə İctimai Birliyi Mətbuat Xidmətinin rəhbəri


Tovuz döyüşləri şəhidinin xatirəsi yad edildi - FOTOTovuz döyüşləri şəhidinin xatirəsi yad edildi - FOTOTovuz döyüşləri şəhidinin xatirəsi yad edildi - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi