azia.az
azia.az

Deputatdan Qərargaha ilginc sərhəd etirazı: “O kabab, bu kabab, filan kabab”

1-07-2022, 13:38

Deputatdan Qərargaha ilginc sərhəd etirazı: “O kabab, bu kabab, filan kabab”
Sosial şəbəkələrdə iyulun 1-dən etibarən İranın Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamaq qərarı verildiyinə dair məlumat paylaşılıb.

Məlumatda Naxçıvan istiqamətində də sərhədlərin bağlı olacağı bildirilib. Mövzu ilə bağlı İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, yayılan məlumatdan xəbərləri var və hazırda məsələ araşdırılır. “Təxminən bir saat olar ki, belə bir məlumatların yayılmasından xəbərdarıq. Amma bildiririk ki, hazırda sərhəd İran tərəfindən açıqdır. Sərhəd Azərbaycan tərəfindən bağlanılıb”.

Xatırladaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədərini açmayıb. İran isə xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Bundan başqa, Bakıdan Naxçıvana gedən avtobuslar da İrandan keçməklə hərəkət edirdi. Bir neçə gün əvvəl yayılan məlumata görə, Azərbaycan quru sərhədini keçmək üçün tələb olunan xüsusi icazələr ləğv edilib.

Uzun zamandır, müzakirə olunan mövzuya Operativ Qərargah tərəfindən baxılmır. Demək olar ki, bütün sərt karantin tədbirləri ləğv edilsə də, quru sərhədləri problemi “işıq üzünə” çıxa bilməyib. Bu da təbii ki, vətəndaşlar üçün problem yaradır. Hər halda, AZAL-ın baha biletlərini almaq hər kəsin cibinə uyğun deyil. İndi isə İranın belə addım atması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Çoxları İranın bu addımını Azərbaycanın quru sərhədlərini açmamasına cavab olaraq dəyərləndirib.

Məsələ ilə bağlı danışan deputat Aqil Abbas deyib ki, sərhədlərin bağlı qalması AZAL-a və iri sahibkarlara sərf edir:

Deputatdan Qərargaha ilginc sərhəd etirazı: “O kabab, bu kabab, filan kabab”
"Məqsədin nədir? Niyə bu sərhədi bağlı saxlayırsan? Nə olub? Yayda, turizmin inkişaf edən, Ukraynadan, Rusiyadan azərbaycanlıların qayıdan zaman, müharibə vaxtında sərhədlər niyə bağlı qalmalıdır? Türkiyədə 20 min tələbə qalıb, orada "ləlöy" döyür.

Onun o qədər pulu var ki, təyyarə ilə gəlsin? Nə qədər insan Naxçıvandan gəlsin? Naxçıvana bilet tapa bilərsiniz? İndi də İran da belə addım atıb. O da deyir ki, sən açmırsansa, mən niyə sərhədi açım? Mən keçən dəfə də dedim, yenə deyirəm, quru sərhədləri açana söyüş qoyublar. İnsanları bu qədər incitməyin, başqa səbəbi nə ola bilər ki? Necə ki, dəniz kənarına hasar çəkirlər, daha bir yolluq sərhədə də hasar çəksinlər, bilək ki, daha yoxdur. Sərhədin bağlı qalması kimlərəsə, xüsusilə, AZAL-a sərf edir, daxili turizmi artırmaq istəyənlərə də sərf edir. Sən gedib 500 manata Antalyada 1 həftə qala bilərsənsə, buradakı otellərdə onu 1 günə xərcləyib bitirərsən. O kabab, bu kabab, filan kabab. Bundan başqa da nəsə yoxdur. Özlərinə xeyir saxlamaq üçün belə edirlər. Operativ Qərargaha da sifariş verirlər, bu da belə".

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi