Sabiq deputat: "Taleh Bağırzadənin Allahın təhqir olunması iddiası ironiya ilə qarşılandı"
"Taleh Bağırzadənin aclıq aksiyasına başlaması cəmiyyətdə heç bir reaksiya doğurmadı, səs-küyə səbəb olmadı. Bunu gördükdən sonra isə onlar aranı qatmaq üçün başqa variant ortaya atdılar, guya Allah təhqir edilib. Dünyanın bir çox ölkələrində İslam peyğəmbərinin və Qurani-Kərimin təhqir olunması ilə bağlı məsələlər gündəmə gələndə, böyük hay-küy, iğtişaşlar, toqquşmalar yaranır. Bu, oradan qidalanırdı. Bizdə isə Taleh Bağırzadə və tərəfdarları daha uzağa gedərək peyğəmbəri deyil, Allahın təhqir olunması variantını ortaya atdılar".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Etibar Hüseynov deyib.
E.Hüseynov bildirib ki, bu, cəmiyyətdə heç bir reaksiya doğurmayıb və əksinə ironiya ilə qarşılanıb: "Sonda Taleh Bağırzadə bunun heç bir nəticə vermədiyini gördükdə məcbur olub aclıq aksiyasını dayandırdı".