azia.az
azia.az

“Arvadımla cinsi əlaqə olmuşdu” – Dostunu bıçaqlayanın CİNAYƏT İŞİ

18-06-2022, 12:55

“Arvadımla cinsi əlaqə olmuşdu” – Dostunu bıçaqlayanın CİNAYƏT İŞİ
Goranboyda dostunu bıçaqlamaqda təqsirləndirilən Mərdan Fətullayevin (ad soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mərdan Fətullayev dostu Niyazi Məmmədovu (ad soyad şərtidir) arvadını ilə münasibəti olduğunu üçün bıçaqlayıb.

Lent.az həmin cinayət işi üzrə materialları əldə edib.

İttihama görə, hadisə ötən il iyun ayının 5-də Goranboy rayonunda qeydə alınıb.

Mərdan Fətullayev həyat yoldaşı Gülnarın dostu Niyazi ilə münasibəti olduğunu bilib və bu səbəbdən Niyazini bıçaqlayıb.

Məhkəmədə ifadə verən Mərdan Fətullayev özünü qismən təqsirli bilib. O ifadəsində bildirib ki, 2011-ci ildə Gülnarla evlənib və birgə nikahlarından 3 azyaşlı övladları olub:

“Yoldaşım rayonda yerləşən paltar mağazasında çalışırdı. Münasibətimiz yaxşı olub. Normal ailə kimi yaşamışıq. Niyazi ilə dostluq münasibətlərimiz olub. Evimizə gəlib-gedən olub. Mən onun həyat yoldaşını tanımışam, o da mənim ailəmi tanıyıb. Hadisədən 5-6 ay qabaq Niyazinin rayonda əlavə ev kirayə götürdüyünü eşitdim. Həmin ev mənim yoldaşımın işlədiyi mağazanın yaxınlığında idi. Qulağıma çatdı ki, Niyazi tez-tez mağazaya gedib-gəlir”.

Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra onda şübhələr yaranıb:

“Bütün gün bu barədə düşünməyə başladım. Qərar verdim ki, Gülnarın işlədiyi mağazaya telefon yerləşdirim, səs yazım. Bu səbəbdən gecə evdən mağazanın açarını götürüb, oraya getdim. Telefonumu mağazanın tavan hissəsində yerləşdirdim. Səs yazanı da işlək vəziyyətə gətirdim. Səhəri gün yoldaşım işə getdi. Axşamüstü onu işdən çıxanda götürüb evə gətirdim. Özüm isə yenidən mağazaya qayıtdım. Telefonun səs yazanına qulaq asanda onların bir-biri ilə danışdıqlarının şahidi oldum. Həmin gün hətta Niyazi mağazaya gəlib və Gülnarla cinsi münasibətdə olub. Bunların bütün səsləri telefonumda qeyd edilmişdi. Artıq Niyazi ilə Gülnarın arasında münasibətdən xəbərdar oldum”.

Mərdan Fətullayev qeyd edib ki, səs yazısını dinlədikdən sonra Niyazidən qisas almaq qərarına gəlib:

“Mağazadan çıxıb evə gəldim. Gülnara heç nə demədim. Evdən bıçağı götürüb çıxdım. Niyaziyə zəng edib, görüşmək istədiyimi bildirdim. Niyazi qardaşıgildə olduğunu dedi. Məni də onlara dəvət etdi. Niyazinin qardaşının evinə çatanda onları həyətdə gördüm. Məni çay içməyə dəvət etdilər, mən də girib çay içdim. Daha sonra birlikdə parka tərəf piyada yeriməyə başladıq. Ona yoldaşımın işlədiyi mağazaya gedib-getmədiyini soruşdum. O, sanki bir az tutuldu. Lakin dedi getməmişəm. Parkda səs yazısını çıxarıb ona verdim. Tutulub qaldı. Ona ailəmi niyə dağıtdığını, bu cür hərəkəti niyə etdiyini soruşdum, cavab verə bilmədi. Evdən götürdüyüm bıçağı çıxartdım və oturaqlı vəziyyətdə olan onun sol qoluna vurdum. O da özünü saxlaya bilmədi, sağ yanı üstə yerə yıxıldı. Ardınca ayağa qalxdı. Bıçaqla onun sol qoltuq altı nahiyəsinə vurdum. Həmin zərbədən sonra Niyazi qaçmağa başladı”.

Təqsirləndirilən şəxs bildirib ki, Niyazini bıçaqladıqdan sonra təslim olmaq üçün polisə gedib:

“Yolda qardaşı qabağıma çıxdı. Niyazini məndən soruşdu, mən isə cavab vermək istəmədim. Dedim bıçaqlayıblar, amma demədim mən bıçaqlamışam. Dedim xəbərim yoxdur. Piyada Goranboy rayon polis şöbəsinin inzibati binasının qarşısına gəldim. Telefonla Gülnara zəng edib sözlərimi dedim və girib təslim oldum”.

Məhkəmədə ifadə verən zərərçəkmiş Niyazi Məmmədov Gülnarla olan münasibətini etiraf edib. O bildirib ki, dostu Mərdanla ailəvi yaxınlığı olub:

“Evlərini gediş-gəlişimiz vardı. Onlara gedən zaman arvadı Gülnarla münasibətim yarandı. Ondan xoşum gəldi. Bir müddət sonra Gülnara olan hisslərimə dedim. O da məndən xoşu gəldiyini etiraf elədi. Biz onunla gizli münasibət yaşamağa başladıq. Gülnarla mütəmadi görüşməsək də, telefonla danışırdıq. Onunla cəmi iki dəfə cinsi münasibətdə olmuşuq”.

Zərərçəkən bildirib ki, hadisə günü Mərdan onunla görüşmək istəyib:

“Biz qardaşımgildə görüşüb, çay içdik. Sonra ikimiz park istiqamətə getdik. Orada Mərdan mənimlə Gülnar arasında münasibətdən xəbər tutduğunu dedi. Heç nə deyə bilmədim. Bıçaqla məni iki dəfə zərbə vurdu. Şikayətçi deyiləm, tələbim yoxdur”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mərdan Fətullayev 1 il müddətinə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi