azia.az
azia.az

Bu xəbəri sadəcə bu adamlar OXUSUN!

26-07-2022, 08:49


Yaşla əlaqədar qadınların üz cildində bəzi problemlər yaranır.
Yaşı 30-a çatan qadınlar üz dərisinə daha çox diqqət etməli və buna daha çox vaxt ayırmalıdırlar.
Yatmazdan əvvəl makiyaj silinməlidir.
Əgər, makiyajınızı silmədən yatırsınızsa, bu, cildinizin vaxtından əvvəl qocalmasına səbəb olacaqdır. Buna görə də, dərinizi daha ağıllı və yumşaq bir şəkildə təmizlədiyinizə əmin olmalısınız. Zərif bir təmizləyicidən istifadə edərək, dərinizi təmizləyin və makiyajınızı kiçik, dairəvi hərəkətlərlə silin.

Bu xəbəri sadəcə bu adamlar OXUSUN!


Dərini toniklə gücləndirmək lazımdır.
Bir çox insan tonikin nəyə yaradığını, dəriyə necə təsir etdiyini bilmir. Tonik cildinizi daha təravətli saxlayır. Makiyajı təmizlədikdən sonra dərinizi sakitləşdirmək üçün yumşaq, nəmləndirici üsulla tonikdən istifadə edin.
Dərini günəşdən qorumaq vacibdir
Qadınılar 20 yaşdan etibarən mütəmadi olaraq dərini günəşdən qoruyan vasitələrdən istifadə etməlidir. Bu, üz dərisininin qocalmasını əngəlləyir.
Göz qapaqlarının ətrafını nəmləndirmək lazımdır.
Göz bölgəsi ilə yaşlanmanın ilk əlamətlərini başa düşə bilərsiniz. Buna görə də, gözə qulluq kremi istifadə etməyi unutmayın. Nəmləndiricilərdən, xüsusən də hialuron turşusu olanlardan istifadə etdiyinizə əmin olun.

(Redaktor.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi