azia.az
azia.az

Daxili İşlər Nazirliyi bununla bağlı vətəndaşlara xəbərdarlıq etdi-Sosial şəbəkələrdə şantaj hallarına tez-tez rast gəlinir

12-06-2022, 08:30

on vaxtlar sosial şəbəkələrdə şantaj hallarına tez-tez rast gəlinir. Daxili İşlər Nazirliyi bununla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Xəbər verilir ki, bu barədə Xəzər TV məlumat hazırlayıb.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, sosial şəbəkələrdə xarici ölkələrdən idarə olunan feyk hesablar vasitəsi ilə şantaj halları çoxalıb.

Şöbə rəisi sosial şəbəkə istifadəçilərini diqqətli olmağa, qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, görüntülü danışıqıqlardan çəkinməyə çağırıb.

Elşad Hacıyev bildirib ki, feyk profillərdən dostluq təklifi göndərən şəxslər videogörüntülər qeydə almaqla, sonradan həmin görüntülərin digər şəxslərə göndərilməməsi üçün vətəndaşlardan müəyyən məbləğlərdə pul tələb edirlər. Onun sözlərinə görə, bəzən tələb olunan vəsait daha yüksək olur.

Sosial şəbəkə istifadəçilərinin belə hallarla qarşılaşmamaq üçün tanımadıqları şəxslərlə əlaqə qurmamaları tövsiyə edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi