azia.az
azia.az

Bakıda harınlamış "Gelandewagen" sürücüsü kasıbları təhqir etdi

11-01-2022, 23:26


Bakıda harınlamış "Gelandewagen" sürücüsü kasıbları təhqir etdi
Sosial şəbəkələrdə Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü saxlanılıb.
Bakıda harınlamış "Gelandewagen" sürücüsü kasıbları təhqir etdi
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Bildirilib ki, bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb:

“Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib”.

Sosial şəbəkələrdə Bakıda “Gelandewagen” idarə edən şəxsin aztəminatlı şəxsləri təhqir etməsi barədə video yayılıb. Sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara qarşı təhqiredici ifadələr səsləndirib.

“Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”, - o deyib.

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi də aydın görünür.

Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır: “Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək”. (Qafqazinfo)




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi