Rusiya və Qərb arasında iqtisadi müharibənin qalibi Putindir.
Rusiya və Qərb arasında iqtisadi müharibənin qalibi Putindir.
Böyük Britaniyanın məşhur"The Guardian"qəzetinin bir neçə köşə yazarını gündəlik oxuyuram.Xüsusilə,qəzetin iqtisadiyyat üzrə redaktoru Ləri Eliot və Simon Cenkinsin müəllifi oldugu məqalələr diqqətimi həmişə çəkib.
Ləri Eliot düz 34 ildir "The Guardian"üçün yazır və 7 kitabı nəşr olunub.
Leri Eliotun son məqaləsinin başlıgı"Rusiya iqtisadi müharibəni qazanır və Putin yaxın tarixdə qoşunlarını geri çəkməyəcək"kimi tərcümə olunur.
L.Eliott yazır ki,Rusiyaya qarşı sanksiyalar enerji və ərzaq qiymətlərini yüksəldir və bu,humanitar fəlakət qorxusunu yaradır.
Eliotun təəbirincə,Qərb 3 aydır Rusiyaya qarşı agır iqtisadi sanksiyalar tətbiq etməsinə baxmayaraq,bu,plan üzrə getmir və əksinə,situasiya daha da pisləşir.
Əlbəttə,ingilis iqtisadçı müəllif dogru buyurur ki,sanksiyalar Rusiya prezidenti V.Putinə qarşı ən yaxşı seçimdir,bu,iki uygun addımdan daha yaxşıdır:heç bir şey etməmək və ya Rusiya ilə hərbi müdaxiləyə cəlb olunmaq.
Bəli,Rusiya Ukraynaya qarşı işgal hərəkatına başlayıbsa,bir ölkənin infrastrukturunu yerlə-bir edibsə,7 milyon sivilin ölkəni tərk etməsinə səbəb olubsa,Buça qətliamının törədilməsinə göstəriş veribsə,şübhəsiz ki,belə bantid siyasi liderə və terrorçu dövlətə ən agır iqtisadi sanksiyalar,embarqolar tətbiq edilməlidir.
İkinci variant isə Qərbin Rusiya ilə hərbi eskalasiyaya cəlb olunması olardı ki,bu,bəşəriyyət üçün daha fəlakətli nəticələrə gətirib çıxara bilərdi.Yəni,üçüncü dünya müharibəsi.
Yadınızdadırsa,Qərb ölkələri Rusiyaya qarşı birinci iqtisadi sanksiya paketini Ukraynaya hücumdan dərhal sonra tətbiq etdilər.Sanki bunu əvvəlcədən bilirdilər.O zaman Rusiya düşünürdü ki,bütün Ukrayna ərazisində rus əsgərlərini gül-çiçəklə qarşılayacaqlar və Zelenski hökuməti kapitulyasiya aktına imza atacaq.Lakin bu,baş vermədi.Necə deyərlər,Putin,Şoyqu-Lavrov-Patruşev kvartetinin "A"variantı suya düşdü.
Qərb isə elə zənn edirdi ki,tədricən sərtləşdirdiyi iqtisadi sanksiyalar rus cəmiyyətini Putinə qarşı etirazlara sövq edəcək.Əksinə,Rusiyanın Ukraynada itgiləri çoxaldıqca,ruslar V.Putinin ətrafında konsolodasiya oldular və hər şeydə Qərbi "günah keçisi" çıxarmaga başladılar.Belə demək mümkünsə,Qərb də ilk planında ugursuzluga düçar oldu.
Daha sonra Avropa İttifaqı keçən həftənin əvvəlindən Rusiyaya qarşı neft embarqosuna qərar verdi.Amma Rusiya neftinə embarqo qışda-dekabr ayında öz təsirini biruzə verəcək.Yəni,Avropa ölkələri Rusiya neftindən(təbii qaz yox)hələ dekabra qədər aslıdırlar.Hər gün Avropa ölkələri Rusiyadan idxal etdiyi enerjiyə 1 milyard avro ödəyirlər(ən çox da Almaniya və Macarıstan)
İş ondadır ki,Aİ Rusiya enerjisinə embarqo tətbiq edər-etməz,dünya birjalarında neftin qiyməti daha da yüksəldi.
Digər tərəfdən,Rusiya öz neftinə başqa alternativlər tapmaqda çətinlik çəkmir.Üstəlik,Rusiya Çinə neft ixracını təkcə aprel ayında daha 50% artırıb.
Ancaq bu,o demək deyil ki,Rusiya Qərbin sanksiyalarından zərər çəkməyəcək.BVF-nin hesablamasına görə,Rusiya iqtisadiyyatı bu ilin sonuna qədər 8,5% kiçiləcək.Hələ ki,Rusiyanın anbarlarında lazımı qədər qida rezervi var,ancaq bu da müəyyən fazaya qədərdir.
Rusiya öz enerji resurslarına alternativ müştərilər tapa bilir.Yəni,neft və qazın həmişə alıcısı var.Eyni zamanda dünyadakı 195 ölkədən hazırda 65-i Rusiyaya qarşı sanksiyalara qoşulub.Bunların da çoxu anqlo-sakson və Avropa ölkələridir.Çin,Hindistan,İndoneziya,hətta ABŞ-ın cənub qonşusu Meksika da Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.Bu səbəbdən,Dünya-Rusiya qarşıdurması yox,Qərb-Rusiya geopolitik hesablaşmasına şahidlik edirik.Geopalitik hesablaşmanın baş verdiyi poliqon isə Ukraynadır.İztirabı çəkən də gözəlim uraynalılar.
Rusiyanın Ukraynadakı qanlı müharibəsi davam etdikcə,dünyada ərzaq böhranı,infilyasiya təhlükəsi daha da artır.Bu gün Ukrayna limanlarındakı 22 milyon tonluq bugda 44 milyon insanın payıdır.Rusiya isə bugdanı yoxsul ölkələrə göndərmir ki,kütləvi aclıq yaradaraq,Qərbi Ukraynada danışıqlar masasına çəkə bilsin.Əks təqdirdə,milyonlarla ac insan Avropa qətəsinə kütləvi şəkildə daxil olacaq.Diktator Putin Avropanı yüksək infilyasiya və növbəti qaçqın dalgası ilə çökdürmək istəyir.
Ümid edək ki,Putinin bu strateji hədəfi iflas edəcək.
Hazırda İngiltərədə illik infilyasiya 9% səviyyəsindədir və bu,son 40 ilin ən yüksəyidir.Bundan başqa,enerji qiymətləri sürətlə artır.Ən pis odur ki,Qərb ölkələrində 1970-ci illərdə yaşanan iki rəqəmli infilyasiya(digit-inflation) və staqflasiya(infilyasiya və resessiya eyni anda)ehtimalıdır.
BVF,Dünya Bankı,BMT və Dünya Ticarət Təşkilatı humanitar fəlakət ehtimalından bəhs edirlər.Təbii ki,enerji və ərzaq böhranları maliyyə problemlərini də tətikləyir.Belə olan təqdirdə,inkişaf etməkdə olan ölkələr öz əhalisini bəsləməkdə və beynəlxalq kreditorlara borc qaytarmaqda çətinlik çəkəcəklər.Bu,1990-cı illərdən sonra dünyada ən böyük borc böhranına təkan verəcək.
Beləliklə,Qərb və Rusiya müəyyən bir mərhələdən sonra danışıqlar masasının ətrafında əyləşəcəklər.Artıq hər iki tərəf bir-birinin zəif nöqtələrini və dözüm limitini bilir.Bəşəriyyət isə Yeni Dünya Nizamına(YDN)yavaş-yavaş qədəm qoyur.Soyuq müharibədən sonrakı bipolar Avro-Atlantika mərkəzli dünya sistemi multipolar nizama keçid edir.
Hələ ki,biz biz çoxvektorlu YDN-ə tranzisiyanın sancılarını yaşayırıq.Bu,eyni zamanda bəşəriyyət üçün tarixi andır,tarixin bir anıdır.
Kamal Aliyev, politoloq