Avropa dövlətləri Ukraynadan Rusiyaya torpaq verməyi tələb edirlər
Avropa dövlətləri Ukraynadan Rusiyaya torpaq verməyi tələb edirlər.
Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak bu gün yazıb ki,Avropa dövlətləri Ukraynadan bu ölkənin şərq və cənubundakı ərazilərini Rusiyaya güzəştə getməsini istəyirlər.
Yəni konkret olaraq,Avropa dövlətləri Rusiya ilə müharibədən əvvəlki dövrdə olan ticarət əlaqələrini bərpa etmək arzusundadırlar.
Maraqlıdır,M.Podolyak hansı Avropa dövlətlərini nəzərdə tutdugunu açıqlamır,o,ümumi danışır.Ehtimal etmək olar ki,M.Podolyak əsasən Fransa və Almaniyanı nəzərdə tutur.Xüsusilə,Fransa hökuməti Ukraynanın ən yaxşı halda 15-20 il sonra Avropa İttifaqına üz olacagını deyir.Almaniyaya gəldikdə isə,rəsmi Berlin Ukrayna mövzusunda "ziqzaqlı"siyasət yürüdür və maksimum diqqətli olmaga çalışır.Təbii ki,bu məsələdə Almaniyanın hələ də Rusiyadan enerji asılılıgının da təsiri az deyil.
M.Podolyak onu da vurgulayıb ki,məsləhət üçün təşəkkür edirik,ancaq bizə silah yardımı lazımdır.Görünən budur ki,Ukrayna haqlı olaraq öz ərazi bütövlüyündən imtina etməyəcək.Əgər ukraynalılar elliklə Rusiya işgalına dirənirsə,bu,təqdirəlayiqdir və sona qədər davam etdirilməlidir.
Lakin həqiqət budur ki,dünyada çox ciddi ərzaq böhranı yaranıb və bunun dərinləşəcəyi proqnozlaşdırılır.Belə ki,hazırda 70 ölkə defolt olma təhlükəsi ilə qarşı-qarşıyadır.Qərb ölkələrində Ukrayna-Rusiya böhranı fonunda ciddi enerji və infilyasiya problemləri yaranıb.
Digər tərəfdən,Ukraynadakı müharibənin uzanması Avropa üçün humanitar fəlakət deməkdir və avropalılar düşünürlər ki,mövcud eskalasiyanın qalibi olmayacaq.Sanki həftələr ötdükcə,Avropa ölkələrində insanlar bu müharibənin qoca qitəyə daha baha başa gələcəyinin fərqinə varırlar.
Müharibə meydanında isə vəziyyət belədir ki,Luqansk vilayətinin artıq 95%-i işgalçı rusların nəzarətinə keçib.Ruslar Luqanskda bütün yaşayış məntəqələrini məhv edirlər və Ukrayna ordusu Severadonetsk istiqamətində geri çəkilmək məcburiyyətində qalıblar.Bu barədə məlumatı Luqansk vilayəti hərbi adminstrasiyasının rəhbəri Sergey Qayday verib.
Artıq Azov dənizi də Rusiya gölüdür.
Yeri gəlmişkən,Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç də deyir ki,bəzi Avropa ölkələri Ukraynaya Rusiya ilə "əraziləri bölüşdürmək"təklifini ediblər.
Dünən də H.Kissincer eynilə belə təklif irəli sürəndə,azərbaycanlılar agsaqqalı az qala bagrı-çərək etsinlər.İndi görürsünüz ki,müharibənin uzanmasında Qərb də maraqlı deyil.Ancaq məni narahat edən məqam Rusiyanın Odessanı işgal edə biləcəyidir.Bu,Ukraynanın Qara dənizlə vidalaşması deməkdir.Ukrayna iqtisadiyyatının 30%-i Qara dənizdəki limanlardan asılıdır.Ukraynanın qərbini isə Polşa millətçiləri Qalisiya adlandırır və tarixən bu bölgəyə iddia ediblər.Zakarpatyedə isə macarların gözü var.
Ən pis olan isə budur ki,hətta Ukrayna ərazilərini itirsə belə,bu ölkənin Aİ və NATO-ya üzvlüyünə söz vermirlər.
Slava Ukraini!
Kamal Aliyev, politoloq