azia.az
azia.az

"Ermənistan ilə Azərbaycan arasındakı sülh Qafqaza rifah və inkişaf gətirəcək"

Bu gün, 14:00

Regional, beynəlxalq nəqliyyat və kommunikasiya imkanlarını inkişaf etdirmək vacibdir. Regionda nəqliyyat marşrutu layihələri rəqabətədavamlı deyil, bu marşrutlar bir-birini tamamlayacaq və Cənubi Qafqazın potensialını daha da artıracaq.

Azia.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Vaşinqton Bəyannaməsinin 4-cü bəndinə əsasən, Qara dəniz dəmir yolunun açılması təkcə Ermənistanın deyil, həm də Gürcüstan və Azərbaycanın nəqliyyat potensialını artıracaq.

“Ermənistanla Azərbaycan arasında bu sülh dialoqu qonşuluq münasibətlərini normallaşdıracaq və Cənubi Qafqazı Şərq-Qərb istiqamətində ən cəlbedici marşruta çevirəcək. Ermənistan ilə Azərbaycan arasında sülh Qafqaza rifah və inkişaf gətirəcək. Biz vəziyyəti bərqərar etdik və biz onu daha çox enerji, daha çox yük dövriyyəsi, daha çox rifah və inkişafla əvəz etməliyik”, - deyə Ermənistanın Baş naziri bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi