azia.az
azia.az

Ermənistanda hakimliyə namizədlərin hamısı imtahandan kəsildi: Aralarında Alen Simonyanın köməkçisi də var

Bu gün, 15:20

Bir müddət əvvəl Ermənistanın Ali Məhkəmə Şurası cinayət ixtisası üzrə hakimliyə namizədlər üçün imtahan keçirib, imtahanda 36 nəfər iştirak edib. Namizədlərin hamısı imtahandan kəsilib.

Bu barədə yerli "Hraparak" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, imtahan iştirakçıları arasında yüksəkvəzifəli məmurlar da olub: ədliyyə naziri Srbui Qalyanın müşaviri Nerses Zeynalyan, parlamentin sədri Alen Simonyanın köməkçisi Karlen Qreyan, eləcə də prokuror Ayk Avetyan.

Rəsmi nəticələrə görə, namizədlərin heç biri seçimin ikinci mərhələsinə keçmək üçün zəruri olan 80 balı toplaya bilməyib. Birinci mərhələ ənənəvi olaraq ikinci ilə müqayisədə daha sadə hesab olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi