Intim videosu yayılan iranlı aktrisa: Mollalar onu ölkədən qovdu, o isə... - FOTO
İranlı aktrisa Zəhra Əmir İbrahimi 75-ci Kann Film Festivalında ən yaxşı qadın roluna görə mükafat alıb.
Cebhe.info TASS-a istinadən xəbər verir ki, bağlanış mərasimi festivalın saytında yayımlanıb.
İbrahimi iranlı rejissor Əli Abbasinin “Müqəddəs hörümçək” filmində baş rolu oynayıb.
Xatırladaq ki, təqdimatdan öncə filmin yaradıcı heyəti festivalın qırmızı xalısında ənənəvi fotosessiyada iştirak edib. Fotosessiyada filmdə baş rolu ifa edən Zər Əmir İbrahimi xüsusi diqqət çəkib. Tanınmış azərbaycanlı rejisor Reza Siami sosial şəbəkədə aktrisa ilə bağlı ilginc faktlar açıqlayıb.
“Bu xanım Zər Əmir İbrahimi (keçmişdə Zəhra) iranlı aktrisadır. 16 il öncə gənc bir qız idi. Naməlum şəxslər tərəfindən, şəxsi və intim həyatından bir video yayımlandı. İnanılmaz bir sürətlə bütün ölkəyə yayıldı. Hər disk satan onu müştəriyə təklif edirdi, xalq da böyük həyəcanla onu almağa cəhd göstərirdi. Beləliklə, sadəcə bu gənc aktrisanın sənət həyatına son qoyulmadı, onun həyatı alt-üst oldu.
Qəzetlər hər gün onun intihar xəbərini yayırdı. Hər yerdə onun yataq otağının filmini kim çəkib və yayıb mövzusu müzakirə olunurdu. Xalq həyasızca videonu alıb izləyir və müzakirə edirdi.
Kino həmkarları və bir çox aktrisalar “Lənətə gələsən, bizi də rüsvay etdin” deməklə ondan üz çevirdilər. Zəhra ölkəni tərk etmək məcburiyyətində qaldı”.
16 ildən sonra o, xaricdə yaşayan iranlı rejissor Əli Abbasinin “Müqəddəs hörümçək“ filmi ilə kino həyatına geri qayıdı b və mükafat alıb.
Xəzər
Cebhe.info