azia.az
azia.az

İranlı general: “Raket hücumları ABŞ əsgərlərini öldürmək üçün deyildi”

10-01-2020, 11:25


İranlı general Əmir Əli Hacızadə ABŞ-ın İraqdakı bazasına hücumlar zamanı qurbanların olmamasının səbəbini açıqlayıb.

Azia.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
İranlı general: “Raket hücumları ABŞ əsgərlərini öldürmək üçün deyildi”
Onun sözlərinə görə, Tehran raket hücumlarını amerikalı əsgərləri öldürmək üçün etməyib.

Hacızadə bəyan edib ki, İran Vaşinqtonun hərbi maşınına zərər vurmaq istəyib: “Raket zərbələri bütün regionda ABŞ bazalarına hücumlar seriyasının başlanğıcı olub. O vurğulayıb ki, iranlı general Qasım Süleymaninin öldürülməsinin əsl qisası ABŞ-ın Yaxın Şərq regionundan qovulması olacaq”.

Xatırladaq ki, yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket hücumu həyata keçirib.

Əmir Əli Hacızadə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin və HHQ-nin komandanıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi