azia.az
azia.az

"Şuşada bütün xalqlar və millətlər birləşir" - Teylor Uidinq

8-05-2022, 07:26


Şuşada keçirilən birinci Beynəlxalq Kulinariya Festivalı sülh və əməkdaşlıq naminə mühüm müasirlik konsepsiyasını nümayiş etdirib.
"Şuşada bütün xalqlar və millətlər birləşir" - Teylor Uidinq
Azia.az xəbər verir ki, bu barədə Trend-ə tanınmış beynəlxalq kulinariya mütəxəssisi, kanadalı qastro-eksperti Teylor Uidinq bildirib.

"Gözəl təbiətin və dağların, şən və xoş xasiyyətli simaların, bir çox ölkələrin kulinariya mütəxəssislərinin əhatə etdiyi gözəl festival ab-havası tədbirə xüsusi əhəmiyyət verir. Burada bütün xalqlar və millətlər birləşir, müxtəlif ölkələrin milli mətbəxləri və adət-ənənələri təbliğ olunur ki, bu da beynəlxalq festivalın multikulturalizm səviyyəsindən xəbər verir", - deyə Teylor Uidinq bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi