azia.az
azia.az

Kağız üzərində subay, vikipediyada ailəli Mərdan Camalov...

6-05-2022, 16:02

Kağız üzərində subay, vikipediyada ailəli Mərdan Camalov...
Mərdan Camalov deyəsən həyat yoldaşının familyasını götürmək istəyir...

Şirvanın keçmiş, Zərdabın indiki icra başçısı Mərdan Camalovun barəsində yazmaq istəyərkən, haradansa yadımıza gözəl şairlərimizdən birinin “Kimi aldadırsan, ay zalım oğlu ?” şeiri düşdü:

Nә dil anlıyırsan, nә haqq bilirsәn
Yaxın mәnzilini uzaq bilirsәn.
Әgәr iç üzünü bu xalq bilirsә,-
Kimi aldadırsan, ay zalım oğlu?

Bəli, ay Mərdan müəllim, səni Şirvan əhli, Zərdab camaatı tanıyırsa, sən kimi aldada bilərsən..?
Hələ deyirlər, Mərdan Camalov deyib ki, Əzrayılı aldadacam. Soruşublar ki, ay Mərdan müəllim, 100 minlik Şirvan əhlini, 100 minlik Zərdab camaatını aldatmağını başa düşdük, bəs milyon illik Əzrayılı necə aldada bilərsən..?
Mərdan Camalov deyib ki, familyamı dəyişəcəm, qoy, Əzrayıl gəlib məni tapa bilməsin. Əgər Əzrayıl gəlsə, ona deyəcəm ki, mən Mərdan Camalov deyiləm…
Hətta deyilənə görə, Mərdan müəllim həyat yoldaşının familyasını da götürmək istəyirmiş, amma….
Əmması odur ki, vikipediyadakı rəsmi tərcümeyi-halında Mərdan müəllim yazır ki, ailəlidir və 4 övladı var.
Allah bütün ailələri və övladları qorusun, o cümlədən Mərdan Camalovun övladlarını. Amma…
Əmması odur ki, bu gün Mərdan Camalovun adından təqdim edilən bir rəsmi sənəddə onun SUBAY, daha doğrusu, DUL olduğu qeyd olunur. Yəni bu yaşda subay kişilərə dul deyirlər.
Əvvəl fikirləşdik ki, bəlkə Mərdan müəllim türk qardaşlarımız deyən kimi, SUBAY, yəni əsgər nəzərdə tutur. Amma biz biləni Mərdan müəllim əsgər deyil.
Bəs, görəsən, Mərdan Camalovun SUBAY-lığının sirri nədir..?
Bəli, bəzi məmurlar kimi Mərdan Camalov da gələcək təhlükələrdən, müsadirələrdən, konfiskasiyalardan və s özünü sığortalamaq üçün işini bəri başdan möhkəm tutmaq istəyir.
Heç kimə sirr deyil ki, bir çox məmurlar xalqın qanı hesabına qazandığı 100 milyonluq mülkləri həyat yoldaşının adına keçirib, sonradan kağız üzərində boşanırlar. Və düşünürlər ki, bu yolla gələcəkdə qanunsuz əmlakın müsadirə olunması və digər hallardan sığortalana bilərlər.
Mərdan Camalov kimi məmurlar başa düşmür ki, sən həyat yoldaşından boşana bilərsən, sən kağız üzərində subay ola bilərsən, sən…hər cürə maxinasiya edə bilərsən, amma….
Amma, sən HAQQ DİVANINDAN qaça bilməzsən. Sən cibində gəzdirdiyin 100-lərlə maaş kartının haqq-hesabından qaça bilməzsən.
O adamlar çörəyə möhtac olduqları üçün dövlətimiz onlara yardım edir. Sən isə onların maaşlarını əlindən alırsan.
Mərdan Camalov, sövet dövləti yerin altında qaz və su xətlərinə alternativ xətt çəkirdi ki, qəza vəziyyətində alternativ xətt işə düşsün və insanlar qazsız, susuz qalmasınlar.
Amma 90-cı illərdə sənin kimi məmurlar yer altındakı bütün qaz və su turbalarını kəsib metallom kimi satdılar, milyonlar qazandılar.
Ona görə də bu gün iki gündən bir vətəndaşların suyu, qazı kəsilir.
Bax, bütün bunları sənə HAQQ divanı bağışlamayacaq.
Sən nəinki soyadını, adını, hətta atanın adını da dəyişsən belə, HAQQ divani səni görən kimi tanıyacaq. Və mənə sarı gəl, deyəcək. Onda sənə heç kim kömək edə bilməyəcək.
Bəli, şəhidin atasına kəllə atmağını elə bilirsən unudacaqlar…?
Şirvanda ən bahalı torpaqları ələ keçirmisən, amma şəhidin atasına 5 sot torpaq vermək istəmirsən…
Mərdan Camalov üstündə gəzdiyin torpağa görə, o şəhidə, onun atasına borclusan ee…
Qarabağ müharibəsində şəhid olan əsgərimizin Zərdab sakini olan atası deyir: “ Mən Mərdan Camalovun qəbulunda oldum. O mənim üstümə ŞIĞIYIB QIŞQIRARAQ MƏNİ VURMAQ İSTƏDİ. Orada olan insanlar müdaxilə etməsəydi, icra başçısı məni döyəcəkdi”. Gör dünyanın harasıdır ki, Mərdan Camalov şəhid atasının üstünə şığıyır, onu döymək istəyir.
Sən kimsən ay çilingər, ay “qazovşik”, sən şəhid atasını döymək istəyirsən. Gəncənin icra başçısı Elmar Vəliyev də sənin kimi şəhid atasını döymək istəyəndə qeyrətli oğlanlarımızdan biri Elmarın qaşqasına necə bir kəllə qoymuşdusa, bir həftə ayağa dura bilməmişdi, sonrası da bəllidir. Sən belə aqibətdən qorxmursan, ay Mərdan Camalov ?
Mərdan Camalov istəyirsən adını dəyiş Müsyö Jordan qoy, nə istəyirsən qoy, amma bilirik ki, yerin Kürdəxanı türməsində hazırdır. İnanırıq ki, səni həbs edəcəklər.
Səni deyirlər, ay Mərdan Camalov…
gundelik baki.com
Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi