Ulu Öndərin Anım günündə qırmızı geyən başçı Mərdan Camalov...- Şəhidin həyat yoldaşına “azz zırıldama” deyən Mərdan Camalov…
Ulu Öndərin Anım günündə qırmızı geyən başçı Mərdan Camalov...- Şəhidin həyat yoldaşına “azz zırıldama” deyən Mərdan Camalov…
Şəhidin həyat yoldaşına “azz, zırıldama” deyərək otaqdan qovan Mərdan Camalov...
Mərdan Camalovla Fətulla Gülənin dəstəsi arasında hansı əlaqə var ?
Şirvanda icra başçısı olarkən, “Şirvanbaşı”, “Şirvanşah” kimi ad çıxaran Mərdan Camalov Zərdab rayonuna icra başçısı təyin olunandan bəri camaatın günü qara olub.
Bu adam ondan iş istəyən şəhidin həyat yoldaşına “azz zırıldama...” deyərək kabinetindən qovub və deyib ki, “bir də gəlib məni bezdirmə”...
Bu adamın icra başçısı olmağını qoyaq bir kənara. Bu adamın insanlığına nə gəlib ki, cavan ömrünü millət və torpaq yolunda qurban verən şəhidin həyat yoldaşı ilə beləcə tərbiyəsiz danışır, təhqir edir, hətta “məni bezdirmə” deyir.
Mərdan Camalov, milləti bezdirən sənin kimi icra başçılarıdır e. O, imkansız şəhid yoldaşı neyləsin ki, sənin kimilər bu gün vəzifə başındadırlar.
Bu adam təkcə şəhidin həyat yoldaşını təhqir etmir ee...
Başqa bir şəhidin atası deyir ki, “Mərdan Camalov üstümə şığıdı, məni vurdu...”.
Bunları biz demirik e, Mərdan Camalov, zərdablılar deyir..
Bu adam elə bil ki, başqasının dərdindən, kədərindən ləzzət alır, sevinir...
Bəli, icra başçısı Mərdan Camalov Şəhidlərin Anım mərasiminə qırmızı libas geyərək gedir.
İndi gördünüzmü, bu adam hansı məssəbə qulluq edir.
Hələ bu harasıdır..?
Zərdabın icra başçısı Mərdan Camalov Ulu Öndər Heydər Əliyevin Anım günündə qıpqırmızı geyərək elə bil seyrangaha çıxıb.
Bu adam başa düşmür ki, həmin gün Millətin Liderinin vəfat etdiyi gündü. Bəlkə, millətin hüzn günü Mərdan Camalov üçün sevincli gündür..?
Bəlkə, Mərdan Camalov, hansısa qüvvələrlə əlbirdir..?
Yeri gəlmişkən, Mərdan Camalovun Fətullah Gülənin adamları ilə tez-tez görüşdüyü haqda redaksiyamıza məlumat daxil olub. Hələ dəqiqləşdirmədiyimiz üçün bu barədə sonra bəhs edəcəyik.
Bəli, Mərdan Camalov öz əməlləri ilə rayon sakinlərini bezdirib.
Bu adam elə danışır ki, adamın yadına bir məsəl düşür: Oğru elə bağırdı ki...
Ay adam, Şirvanda icra başçısı olarkən, oğurlayıb satdığın 3 min metr qaz turbaları yadından çıxıbmı ?
Deməli, Mərdan Camalov Allah qoymasa, Şirvan şəhərinə icra başçısı təyin olunan kimi rayon ərazisində olan 3 min metr qaz turbalarını kəsdirib “metallom” kimi satdırıb. Bu cinayət işi ilə ölkədə hamı məşğul olub...
İndi de görək, oğru kimdir, Mərdan Camalov ?
Pula görə, rayonun baş həkimini bezdirib koma vəziyyətinə salmısan...Ki, pulumu vaxtında çatdır...
Hələ rayonun Əlillərin Bərpa Mərkəzinin müdirinin başına açdığın oyunları demirik...
Mərdan Camalov, Allah səni əlil gününə qoyar, onda başa düşərsən ki, Əlillərin Mərkəzindən pul istəməzlər..
Mərdan Camalov 44 günlük müharibə vaxtı Qarabağ savaşında ordumuza kömək edən, maddi dəstək olan yerli sahibkarlara deyib ki, mənə də pul verməlisiniz, orduya kömək edirsinizsə, deməli pulunuz var…
Vay, vay, səni Camalov, sənin tayların öz pensiyasını müharibə vaxtı orduya yollayırdı, sən isə...
Camalov, əslində sənin yerin hərbi tribunaldır, başa düşdünmü ?
Ölkəmizə şəhidlər gələndə sənin oğlanların Camalovlara məxsus Montenapaleonebaku restoranında kef məclisləri qururdu...
Camalov, lap sonuncu açıqlamanda mətbuata qarğış edirsən: “ Bunlar pis işlərə sevinirlər. Allah göydən baxır, Allah başınıza gətirsin”.
Mərdan Camalov, Ulu Öndərin Anım günü qırmızı geyən jurnalistlər deyildi e, sən idin.
İndi de görək, həmin gün kim sevinirdi ?
Bu hərəkətlərini sənə bağışlamayacaqlar, Mərdan Camalov...
P.S Cadulanmış qırmızı "jaket"inin bu dəfə sənə xeyri olmadı, yoldaş Camalov!