Kartofun gözlənilməz faydalı xüsusiyyəti açıqlandı - FOTO
Kartofda çoxlu miqdarda kalium var və sidikqovucu xüsusiyyətlərə malikdir.
Bildirilir ki, bu barədə rusiyalı dietoloq, tibb elmləri namizədi Natalya Denisova məlumat verib.
Onun sözlərinə görə tərəvəzin bu xüsusiyyəti hipertoniya əlamətlərini yüngülləşdirməyə kömək edir.
Dietoloq bildirib ki, kartof "B" vitaminləri qrupu ilə zəngindir, tərkibində dəmir və fosfor var. Bədənə kartofdan daxil olan kalium su-duz balansını qorumağa kömək edir və təzyiqi sabitləşdirir.
"Bu, bütün hipertoniklər və ürək-damar xəstəlikləri olan insanlar üçün əsl köməkçidir. Bundan əlavə, kalium sayəsində yüngül sidikqovucu təsir göstərir", - deyə həkim əlavə edib.