azia.az
azia.az

Hüseyn “Park Bulvar”ı “partlatdı” - Niko, Semka, Ləman və Səfərdən nə gözləyək?

18-04-2022, 07:53


Ölkəmizdə sosial media fenomenlərinə simpatiyanın yaranması təbiidir. İstənilən cəmiyyətdə və iqtisadi formasiyada kütlə özünə lider, qəhrəman, kumir axtarışında olur. Bizdə YAP digər siyasi partiyaları noqdaun vəziyyəti saldığı üçün, gənclər siyasətə meyl etmir.

Hüseyn “Park Bulvar”ı “partlatdı” - Niko, Semka, Ləman və Səfərdən nə gözləyək?

Bilirlər ki, gənc yaşından mübarizəyə atılmaq, özünü bəribaşdan məhvə sürükləməyə bərabərdir. Buna görə də, ölkədə daxili siyasi mübarizə demək olar ki, yox səviyyəsindədir. Yüksək postlara təyin olunan məmurlarda harizmatik xüsusiyyətlər köhnə YAP qvardiyasının yetirmələrindəkindən qat-qat zəifdir.



Bu da məmurlar arasındakı çəkişmələri yox vəziyyətinə gətirib. Məsələn, biz Prokurorluqda Eldar Həsənov-İsa Nəcəfov, təhsildə Misir Mərdənov-Məleykə Abbaszadə, güc qurumlarında Eldar Mahmudov-Ramil Usubov kimi məmurlar arasında gedən intriqalara bənzər nəyəsə artıq rast gəlmirik. Vahid idarəetmənin təkmilləşməsi baxımından bu sevindirici haldır.

Ancaq kütlə maraqlı nəsə seyr etmək istəyir. Onlar üçün bu boşluğu hazırda kütləyə çıxış imkanları olan sosial media fenomenləri doldurur. Azərbaycanın sosial media seqmentinin “Tik-Tok” platformasında belələri az deyil. Elə bloger var ki, canlı yayım açır və ancaq söyüş söyür.



Şərhdə onu söyürlər, bu da şərh yazanları söyür. Bir anda canlısında 5-6 min adam olur. Niko adlı bir bloger var, 5 dəqiqəlik bir yarışmadan 20 min dollar qazanc əldə etdi. Maraqlıdır ki, belə hal bir dəfə ilə yekunlaşmır, tez-tez təkrar olunur. Səfər Eyvazov adlı başqa bloger bir oyundan 16 min dollar pul qazanıb, ancaq həmin məbləği təyinatı üzrə xərcləmədiyi səbəbindən bu gün öz keçmiş “kruqu” ilə qırğındadır.



Sizi inandlrım ki, bu adamlar qazandıqları pula adekvat kütləyə heç nə vermir. Onlara bu pulu qazandlranlar bu gün “Park Bulvar”da gördüyünüz ekstaz halındakı kütlədir. Siz elə bilirsiniz ki, Azərbaycandakı populyar blogerlərdən hansısa bənzər aksiya keçirsə, Hüseynin topladığından az adam yığar?

Sadə bir misal çəkim. “Tik-Tok” da Semka adlı bir bloger var. Bir az da “vorovskoy” gedir. Onun bir nəfərlə söhbəti düşmüşdü. Öz profilindən tərəfdarlarına səslənmişdi ki, özünü tanıyan gəlsin Əhmədlidəki “ Macdolalds”ın qabağına. Cəmi bir saatdan sonra Semkanın tərəfdarı olan 100 dən artıq bahalı avtomobil həmin ünvana yığışmışdı.



Hüseyn hadisəsi hakimiyyətə bir siqnaldır ki, sosial şəbəkələr və onların fenomenləri ilə iş daha ciddi aparılmalıdır. Elə blogerlər var ki, ətrafında ciddi kütləsi var, ancaq zərrə qədər də savadı və dövlətçilik anlayışı yoxdur. Kim zəmanət verə bilər ki, bu sayaq adamlara sabah pulun müqabilində hansısa çağrışı etdirməyəcəklər.



Bu yaxınlarda mən Ləman adlı sosial şəbəkə fenomeni olan xanım blogerlərdən birinə irad tutdum ki, canlı yayımda söyüş söyməsin, çünki buna görə məsuliyyət nəzərdə tutulur. Cavabı bilirsiniz nə oldu? Dedi ki, “yaxşı edirəm, mən söyüşü “Tik-Tok” da söyürəm, o da Çinin platformadıdır. Bunun Azərbaycana heç bir aidəyyəti yoxdur”. Bir sözlə, sosial şəbəkələr və onların fenomenləri ilə iş formalizm üzərində deyil, real nəticələrə hesablanaraq aparılmamalıdır. Təəssüf ki, biz tam fərqli mənzərəni seyr edirik.



Məhəmmədəli Qəribli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi