azia.az
azia.az

"Məni tənqid edən gerizəkalılar isə bunu anlaya bilməyiblər" - deputat

15-04-2022, 14:05

"Məni tənqid edən gerizəkalılar isə bunu anlaya bilməyiblər" - deputat
Millət vəkili Etibar Əliyevin “Yeni Sabah”a müsahibəsini təqdim edir:

- Siz Milli Məclisdə spirtli içkilərin reklamını tənqid çıxışı etmisiniz. Bu çıxışınıza görə sosial şəbəkələrdə sizin özünüzü tənqid edirlər. Bu reklamların olunması sizi niyə narahat edir, problem nədədir?

- Sanki, facebook qarovulçuları var, onlar yalnız və yalnız fikri təhdid edirlər. Və tək məni yox... Milli Məclisdə “Narkoloji xidmət və nəzarət haqqında” qanun layihəsinin müzakirəsi zamanı, təxminən 10 gün öncə bu çıxışı etmişəm. O qanunun müzakirəsində bir maddə var və onda dəyişiklik olunacaqdı ki, spirtli içkilərin və siqaret qutularının üzərində onların zərəri barəsində yazılsın. Mən də o çıxışımda dedim ki, spirtli içkilərlə siqaret qutularının üzərində eyni sözlər yazılır ki, “bu, sizin sağlamğınıza ziyandır”. Lakin mən qeyd etdim ki, spirtli içkilərlə siqaret insanlara eyni mənfi təsiri göstərmir. Ona görə də fərqli olmalıdır.

Məsələn, bir çox ölkələrdə yazırlar ki, siqaret öldürür və yaxud da spirtli içkilərin üzərinə yazırlar ki, bu, filan xəstəlikləri kəskinləşdirə bilər. Mən onu qeyd etdim və sonra dedim ki, biz burada dəyişiklikdən danışırıq, amma başqa tərəfdən isə bu spirtli içkilərin reklamı Azərbaycanda olur.

Məsələn, o dediyim bir neçə arağın televiziya reklamı vardı. Onları o cür reklam edirdilər, mən o barədə məqalə yazmışdım, bu da təxminən 2 il bundan öncə idi. Onu təkrar səsləndirdim və dedim ki, bir tərəfdən biz bunun ziyanından danışırıq, bir tərəfdən də bunun müsbət tərəflərini - əhval ruhiyyənin yaxşılaşdırılması, ünsiyyətin qurulması və s. kimi, “ATV”də bunun təbliğatı gedir.

Məni tənqid edən gerizəkalılar isə bunu anlaya bilməyiblər ki, nə deyirəm.

Özü də mənim dediyimdə məqsəd o idi ki, bir tərəfdən biz bunu qeyd edirik, amma başqa tərəfdən arağın reklamı gedir. Bu, nə uyğunsuzluqdur?! Orada bir ifadə işlətdim ki, “adam ATV-yə baxıb içmək istəyir”.

Biri məni spirtli içki aludəçisi adlandırır. Bu adam bizə gəlib, mən tələbə qəbulu ilə bağlı onun bacısı uşaqlarının kodlaşdırılmasını aparmışam. Mənim yoldaşım onun qabağına çay qoyub. Biz ona araq, konyak verməmişik ki?!

Bunu kim yayır, bilmirəm. Mən sadəcə bu uyğunsuzluğu dedim, burada başqa heç nə yoxdur.

- Sizin tənqidə qarşı belə bir reaksiyanın olması nə ilə bağlıdır?

- Mən bilmirəm, onu hansı səmtə yozurlar və s. Mən artıq o adamlara fikir vermirəm. O adamlar başa düşmürlər ki, məsələnin məğzi nədən ibarətdir. Məsələn, mən heç bir zaman deməmişəm ki, hərbçilərin əməkhaqları azaldılsın. Mən heç bir zaman belə bir ifadə nə Milli Məclisdə, nə də yazılarımda işlətməmişəm. Götürüb yazırlar ki, Etibar Əliyev bunu deyir. Bəzi maraqlı adamlar var. İndi onların bəziləri gerizəkalıdırsa, mən onun gerizəkalılığını necə aradan qaldırım? Ona görə də mən elə insanlara fikir vermirəm.

Özü də bunların bəziləri tanınmış isimlərdir. Utanmırlar, abır-həya yox. İndi deputatı hədəfə alırsınızsa, kişi kimi hədəfə alın da. Sözün var, denən, təhrif etmə də. Təhrif etmək ən böyük nakişilikdir.

- Sizin təklifiniz nədir? Spirtli içkilərin reklamı qadağan olunmalıdır, yoxsa?

- Birmənalı qadağan olunmalıdır. Spirtli içkilərin, siqaretin reklamı qadağan olunmalıdır. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Bu, gənclərin psixologiyasına təsir edir, onlara spirtli içkilərin qəbul olunmasında müəyyən maraq yaradır və s.

Mən həmin bu uyğunsuzluğu demişəm. İndi Qan Turalı yazır belə. Bilirsiniz, mən onu dostluqdan çıxarmışam deyə o, belə yazır. Bir dəfə mənim yazımın altında mənasız bir ifadə işlətmişdi. Mən də dedim ki, Qan Turalını ona görə dostluqdan çıxardım ki, adını yazıçı qoyub, amma yumoru yoxdur.

Sözün düzü, mən onun əsərlərini oxumamışam. Yazıçının yumor hissi yoxdursa, o, gərək, yazıçılıqdan imtina etsin. Yumor hissi və yumor zəkası olmadığına görə, mən onu dostluqdan çıxarmışam. Yəqin ki, o, bunun heyfini çıxır. Mən orada həmin uyğunsuzluğu demişəm. Başqa heç nə deməmişəm. İndi onlar bunu götürüb haraya bəzəyirlərsə, bəzəsinlər. Siz görürsünüz, hədəfə gələn tək mən deyiləm ki… Bir xəstəlik ki, var yayılıb cəmiyyətdə, hamıya ilişirlər.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi