azia.az
azia.az

“Adam ATV-yə baxanda içmək istəyir” - deputat

15-04-2022, 11:22

“Adam ATV-yə baxanda içmək istəyir” - deputat
“Televiziyalarda spirtli içkiləri açıq şəkildə təbliğ edirlər”. Bu sözləri deputat Etibar Əliyev ötən həftə Milli Məclisin iclasında deyib.

Qeyd edək ki, deputatın bu çıxışı ajiotaja səbəb olub. Sosial şəbəkələrdə tənqidlərə məruz qalıb.

Etibar Əliyev spirtli içkilərin televiziyalarda gözəl cümlələrlə reklam olunmasına etirazını bildirib:

“Spirtli içkilərin və tütün məhsullarının üzərində bunun ziyanından yazılır. Lakin ATV-də Alim Qasımova həsr olunmuş bir verilişin hər 10 dəqiqəsindən bir spirtli içkini təbliğ edirlər. Özü də necə gözəl cümlələrlə təqdim edirlər.

“Knyaz” arağı -sizə təbiətin özü kimi gələcək, hər dənəsində zəhmət olan buğda dənələri başı uca dağlardan süzülən buz kimi saf su sizə keçmişin xoş anlarını qaytaracaq. “Vodka sekret” süfrənin sirri, ləzzərin özü, həzzin açarı. Bunun dadı tam başqadır. Dum duru dadı kəşf et, sirri özündə saxla. Qoy bu bizim sirrimiz olsun. Hələ “Zadəgan” arağı üçün deyilir ki, bunu içəndə zadəgana dönəssən.

Bunu yazandan sonra məni təhdid etdilər. Məhkəməyə verdilər ki, siz bizim satışımıza qarşı təbliğat aparırsız.

Bu qanunda da öz əksini tapıb. Bunun zərəri qeyd olunub. Televiziyalar isə bunun açıq şəkildə əhəmiyyəti barədə danışırlar”.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi