azia.az
azia.az

Azərbaycanda siqaret və spirtli içkilər bahalaşacaq

14-11-2018, 11:04

Azərbaycanda siqaret və spirtli içkilər bahalaşacaq

2019-cu ildə Azərbaycanda siqaret və spirtli içkilərin qiyməti qalxacaq. Belə ki, büdcə sənədlərində 2019-cu ildə idxal olunan tütün məmulatlarına aksizlər kəskin şəkildə artacağı görünür.

Bu mənbədən büdcəyə daxil olan vəsaitin həcminin 2018-ci ilə nisbətən 2.5 dəfəyə yaxın çoxalması bahalaşma barədə danışmağa əsas verir.

Azia.az-ın məlumatına görə, gələn il idxal olunan tütün məmulatlarından büdcəyə 248.6 mln. manatın daxil olması proqnozlaşdırılır.

2018-ci il üçün həmin məbləğ 104 mln. manat idi. Yerli istehsala aksizlər üzrə daxilolmalarda əhəmiyyətli dərəcədə artım var: 10.1 mln. manatdan 58.5 mln. manata qədər artım proqnozlaşdırılır.

Hamı siqaretə qarşı: tibbi və iqtisadi ziyanı

Hazırda tütündən istifadə dünyada ən yayılmış zərərli vərdişlərdən hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, dünyada siqaret çəkənlərin sayı bir milyarddan çoxdur. Tütündən istifadə insanlarda xərçəng, ürək-damar və nəfəs yolları xəstəliklərinin əsas səbəbi sayılır. Hesablamalara görə, tütünün zərərli təsiri nəticəsində yaranan xəstəliklər səbəbindən hər 6 saniyədə bir nəfər dünyasını dəyişir ki, bu da ildə altı milyon insan deməkdir.

Dünya alimləri həyəcanla bəyan edirlər ki, "tütün epidemiyası" ilə bağlı lazımi tədbirlərin görülməyəcəyi təqdirdə, bu rəqəm 2030-cu ildə səkkiz milyona çata bilər. Tütünçəkmənin ümumi iqtisadi zərəri il ərzində 1,4 trilyon ABŞ dollarından çoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi