Kürsüdən ikiəlli yapışan məmurlar... - ARAŞDIRMA
Aprelin 12-də parlamentin plenar iclasında Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib.
Bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi. Ümumiyyətlə, ölkəmizdə rəhbər vəzifəni uzun illər tutan məmurların sayı olduqca çoxdur. Onların bir çoxu 20 ilə yaxın müddətdə kreslosunu tərk etməyib.
Həmin məmurlar barədə araşdırma aparıb.
*Rövnəq Abdullayev 10 noyabr 2005-ci il tarixli 1147 nömrəli Sərəncamla ARDNŞ Prezidenti vəzifəsinə təyin edilib.
2022-ci il fevralın 10-da bu vəzifədən azad edilib. Prezidentin digər sərəncamı ilə Rövnəq İbrahim oğlu Abdullayev Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib.
*Hacıbala Abutalıbov 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
2018-ci ildə isə vəzifəsindən azad edilib.
* Uzun müddət vəzifədə qalan sabiqlərdən biri də Tağı Əhmədovdur.
O, 1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.
*Artur Rasizadə 2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək Azərbaycan Respublikasının Baş naziri olub.
*Abid Şərifov 1995-ci ildə Baş nazirin müavini vəzifəsinə təyin olunub. 2018-ci ildə vəzifəsindən azad edilib.
*Aydın Əliyev 6 fevral 2006-cı ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinat alıb.
23 aprel 2018-ci ildə vəzifəsindən azad edilib.
*2001-ci ildən ekologiya və təbii sərvətlər naziri postunu tutan Hüseynqulu Bağırov 2018-ci ilin aprelində vəzifəsi ilə vidalaşmalı olub.
*Misir Mərdanov 25 mart 1998 –ci ildən 19 aprel 2013-cü ilə qədər təhsil naziri vəzifəsini tutub.
Hazırda AMEA-da institut direktorudur.
*Səfər Əbiyev 1995-ci ildə müdafiə naziri təyin olunub.
22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib.
*Nəcməddin Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib.
O, ötən ilin yanvarında tutduğu vəzifədən azad olunub.
* Əhməd Əhmədzadə uzun müddət Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub.
O, 2006-cı ildə təyin olunduğu bu vəzifədən 2021-ci ildə vidalaşıb.
Mənbə:My Webpage