Tağı Əhmədov vəzifəsini tərk etməyib - İdman federasiyaları müvəqqəti bağlanıb?
Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında prezidenti kinorejissor, “Space” telekanalının sabiq direktoru Vaqif Mustafayev, vitse-prezidenti “Metropoliten”in sabiq rəhbəri Tağı Əhmədovun olduğu Azərbaycan Dama Federasiyası da daxil olmaqla 14 idman federasiyasının statusu dayandırılıb.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Dama Federasiyasının baş katibi Boris Musayev bildirib ki, fəaliyyətlərinin dondurulması müvəqqəti xarakter daşıyır:
“Bu proses sənədləşmə ilə bağlıdır. Müvafiq sənədləşmə həyata keçəndən sonra yenidən federasiya bərpa olunacaq. Federasiyanın rəhbərliyi də yerində qalır. Heç kim bundan narahat olmasın. Hər şey yerindədir”.
Mənbə:My Webpage