Tağı Əhmədov - Həkim olsaydı məni sağaldardı - YENİLƏNİB
"1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.
Bu sözləri "qaynarinfo"ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib.
Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:
"İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu "Miyelit”dir (onurğa-beyin iltihabı)”.
Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb:
"Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.
---------------
Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun vəziyyəti yenidən pisləşib.
Anews.az xəbər verir ki, "yenisabah" Tağı Əhmədovun ayaqlarının tutulduğunu, hərəkət imkanının məhdudlaşdığını iddia edib.
Mətbuat orqanı bildirir ki, yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkən keçmiş rəis hazırda ciddi həkim nəzarətindədir:
"Qohumlarından birinin dediyinə görə, sabiq məmur ötən gün "Ömür” klinikasında müayinədən keçib.
Klinikaya əlil arabasında gələn Əhmədovu bir neçə yaxın qohumu müşayiət edib.
T.Əhmədovun müayinədən sonra evinə getdiyi və özünü ətrafdan tamamilə təcrid etdiyi bildirilir.
Sözügedən klinika T.Əhmədovun özünə məxsusdur".