Sumqayıt Şəhər Məhkəməsi hesabat yaydı
2021-ci il ərzində Sumqayıt Şəhər Məhkəməsi tərəfindən ayrı-ayrı şəxslər barəsində 15 cinayət işi üzrə bəraət hökmləri çıxarılıb.
E-huquq.az xəbər verir ki, bu barədə məhkəmənin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə təqsirli bilinən Aslan Həsənova (ad soyad şərti) həmin maddə ilə bəraət verilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilib.
Həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikasının Ali Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.