azia.az
azia.az

MEK-də Georq Xəzainin şəxsi kitab kolleksiyası saxlanılır

29-03-2022, 18:54

MEK-də Georq Xəzainin şəxsi kitab kolleksiyası saxlanılır
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının fondlarında görkəmli Macarıstan alimi, türkoloq, Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Xəzainin şəxsi kitab kolleksiyası mövcuddur.
Kolleksiyaya “Nazim Hikmət: bütün əsərləri”, “İslam Ensiklopediyası”, “Atatürk Araştırma Mərkəzinin jurnalı”, “Türkiyənin siyasi müqavilələr tarixi izahları ilə” (İsmail Soysal), “Köhnə Anadolu türkcəsində şəkilçilər” (Doç.Dr. Gürer Gülsevin), “Poeziya və xalq dilində atalar sözləri və deyimlər” (E.Kemal Eyüboğlu), “Müstəqillik müharibəsində Qərb cəbhəsi necə quruldu”(Rahmi Apak) və digər kitablar daxildir.
Tanınmış alimin şəxsi kolleksiyası tarix, arxeologiya, siyasət, mədəniyyət, ədəbiyyat, incəsənət, biologiya, həmçinin bir sıra digər elm sahələrini əhatə edən nəşrlərdən ibarətdir. Kolleksiyada müxtəlif mövzularda türkologiyaya aid nəşrlər də yer alır.
MEK-in Şərq Ədəbiyyatı fondunda saxlanılan kolleksiyaya daxil olan 1948 nüsxədən 1268 nüsxəsi türk, 680 nüsxəsi isə Avropa dillərindədir.
Qeyd edək ki, Mərkəzi Elmi Kitabxanada Yevgeni Paxomovun, Boris Zaxoderin, Mirzə İbrahimovun, İsa Həbibbəylinin, Mikayıl Useynovun və bir sıra digər görkəmli alimlərin də şəxsi kitab kolleksiyaları mövcuddur.
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi










MEK-də Georq Xəzainin şəxsi kitab kolleksiyası saxlanılır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi