azia.az
azia.az

Azərbaycanlı iş adamından Ukrayna əhalisinə BÖYÜK DƏSTƏK

26-03-2022, 08:46

Azərbaycanlı iş adamından Ukrayna əhalisinə BÖYÜK DƏSTƏK

Azərbaycanlı iş adamı, Odessada yerləşən "Veçerniy Baku" restoranının sahibi Şamil Quliyev əhaliyə pulsuz çörək və ərzaq paylanmasını təşkil etməkdə davam edir.

Xəbər verilir ki, sözügedən restoran gündəlik olaraq yerli sakinlərə 1200-dən çox pulsuz çörək paylayır.

Bundan əlavə şəhərdəki bir doğum evi də restoran tərəfindən himayəyə götürülüb. Bu restorandan həmin doğum evinə gündəlik olaraq 50 nəfərlik yemək göndərilir. Eyni zamanda başqa şəhərlərdən Dəmir yolu vağzalına gələn ukraynalı köçkünlərə də yardım göndərilir.
Azərbaycanlı iş adamından Ukrayna əhalisinə BÖYÜK DƏSTƏK
Qeyd edək ki, "Veçerniy Baku" Odessada uzun illərdir fəaliyyət göstərir. Ağcabədi rayonundan olan Şamil Quliyev eyni zamanda "Dopomoqa" xeyriyyə fondunun da sahibidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi