İrəvanda restoran sahibi Azərbaycan deputatlarına nahar etməyə icazə vermədi
Məlum olduğu kimi, fevralın 21-22-də İrəvanda Avronestin iclası keçirilir. Alp.az xəbər verir ki, həmin iclasda Azərbaycanı deputatlardan Tahir Mirkişili və Soltan Məmmədov təmsil edirlər.
Qeyd edək ki, Azərbaycan deutatlarının Ermənistana səfər etməsi, orada çıxışlarında bir sıra fikirlər səsləndirməsi, habelə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməsi ciddi narazılığa səbəb olub. Hətta deyərdik ki, ermənilər bu baş verənlərdən dəli olmaq həddinə çatıblar.
Bildirək ki, bu gün səhər saatlarından etibarən bir qrup erməni fəal Avronestin iclası keçirilən İdman Kompleksinin qarşısında aksiya təşkil ediblər. Bir neçə QHT-nin qatıldığı aksiyada azərbaycanlı deputatların dərhal Ermənistanı tərk etməsi tələb olunur.
Dünən günorta saatlarında Avronestin iclasına qatılmış deputatlar üçün İrəvanın mərkəzində yerləşən “Yasəmən” restoranında nahar yeməyinin təşkil edilməsi nəzərdə tutulubmuş. Lakin restoranın sahibi Azərbaycan deputatlarının da qatılacağı nahar yeməyi üçün yer ayrımaqdan imtina edib. Bu barədə açıqlama verən “Vətəndaş Şüuru” QHT-nin prezidenti Narek Samsonyan deyib ki, restoranın sahibi “biz türklərə çörək vermək fikrində deyilik” deyə bildirib.
Sözügedən restoranın sahibi isə mətbuata açıqlamasında qeyd edib ki, hətta yerlər əvvəlcədən rezerv olunsaydı belə, azərbaycanlı deputatlara görə, onu ləğv edəcəkdilər.
Samsonyan isə Paşinyanın həyat yoldaşı Anna Akopyana müraciət edərək, onlar Azərbaycan deputatları üçün süfrə açmasını təklif edib. “Mən Annaya türklər üçün süfrə açmağı təklif edirəm”.jamaz