azia.az
azia.az

Bişkekdə “ŞƏT plyus” sammiti başa çatdı - SON GÖRÜNTÜLƏR

Bu gün, 16:34

Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə keçirilən “ŞƏT plyus” formatında sammitin başa çatdığını elan edib.

Xəbər verilir ki, ev sahibi olan Japarov iştirakçılara fikir mübadiləsinə görə təşəkkür edib və bildirib ki, ölkələrin mövqeləri və təklifləri fərqli olsa da, hamı dialoqun qorunmasının və məsələlərin beynəlxalq hüquq əsasında həllinin vacibliyini qəbul edir.

“Əsas məsələ odur ki, dialoqun qorunmasının və beynəlxalq hüquq əsasında həll yollarının axtarılmasının zəruriliyini anlamaqda həmrəyik”, - deyə o bildirib.

Qırğızıstan Prezidenti görüşün əsas nəticələrindən birinin ədalətli çoxqütblü dünya nizamının formalaşdırılmasında Birləşmiş Millətlər Təşkilatının rolunun gücləndirilməsinin zəruriliyinə dair ümumi mövqenin ortaya çıxması olduğunu vurğulayıb.

Onun sözlərinə görə, ədalətli çoxqütblü dünya qurmaq üçün BMT-nin rolu gücləndirilməlidir. Çoxqütblülük dövlətlərin dünya məsələlərində bərabərhüquqlu iştirak imkanlarını genişləndirməli və yeni bölünmə xətləri yaratmamalıdır.

Qeyd edək ki, “ŞƏT plyus” formatında görüş “Ədalətli dünya nizamının əsas elementi kimi BMT: “ŞƏT plyus” dövlətlərinin çoxqütblü dünyanın formalaşmasına töhfəsi” mövzusunda keçirilib.

Sammitdə 18 dövlətin və yeddi beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Görüşdə BMT-nin rolu, çoxqütblü dünyanın formalaşdırılması, beynəlxalq və regional təhlükəsizlik, dayanıqlı inkişaf, eləcə də dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi