azia.az
azia.az

Bağçada uşağın qanında psixotrop maddə tapılması BARƏDƏ RƏSMİ AÇIQLAMA

Bu gün, 16:31

Bakı şəhəri 98 nömrəli bağçaya gedən uşağın qanında psixotrop maddə aşkarlanıb. Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Xəbər verilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Lent.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.

İddiaya görə, bağçaya gedən uşağın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi