Zelenskidən Putinlə görüş təklifinə cavab: “Odessada görüşək, dənizdə üzək”
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini ölkəsinə səfərə dəvət edib.
Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ukrayna liderinin sözgedən təklifə cavabı gecikməyib.
O, Vladimir Putinlə görüşməkdən çəkinmədiyini, lakin S.Lavrovun görüş təklifində məkan olaraq Soçi şəhərinin seçilməsini anlamadığını deyib:
“Məni niyə Soçiyə dəvət edirsiniz? Xizək sürməyə? Biz nədən danışırıq? Ciddi şeylərdən. Yaxşı, onda Odessada görüşək, dənizdə üzək. Mən ciddi dialoqdan danışıram. Çox çağırışlarımız, çox sualımız var. Yaxşı, bütün sualları verməyək, biri olsun. Gəlin tutulan şəxsləri mübadilə edək”.