azia.az
azia.az

İranda gizli uran anbarı aşkarlandı

Bu gün, 16:37

ABŞ ekspertləri İranda gizli uran anbarı aşkarlayıb.

Xəbər verilir ki, Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun (ISIS) ekspertləri İranda nüvə proqramı ilə əlaqəli olduğu ehtimal edilən, əvvəllər məlum olmayan yeraltı obyekt aşkarlayıblar. Yeni hesabatda bildirilir ki, obyekt Natanz şəhərindəki uranın zənginləşdirilməsi kompleksinin yaxınlığında yerləşir. Ekspertlərin fikrincə, sözügedən obyekt uran heksafloridinin (UF6) saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qorunan anbar ola bilər.

Bu maddə uranın zənginləşdirilməsi prosesində istifadə olunur. Hesabata əsasən, qismən yerin altında yerləşən və bunker tipli konstruksiyaya malik obyektin tikintisinə 2010-2017-ci illər arasında başlanılıb. Tikinti işlərinin əsas hissəsi isə 2015-2017-ci illərdə aparılıb. Maraqlı məqam ondan ibarətdir ki, obyekt 2025-ci ilin iyununda ABŞ və İsrailin İrandakı nüvə obyektlərinə zərbələri zamanı, eləcə də 2026-cı ildəki hərbi əməliyyatlar çərçivəsində zərər görməyib. Ekspertlər peyk görüntülərini təhlil edərək bildiriblər ki, 2025-ci ilin iyununda baş vermiş müharibədən sonra obyekt ərazisində hər hansı avtomobil hərəkəti də müşahidə olunmayıb. ISIS hesab edir ki, obyektin mövcudluğunun üzə çıxması İranın nüvə imkanlarının 2025 və 2026-cı illərdə ABŞ və İsrail tərəfindən həyata keçirilən iki hərbi əməliyyat nəticəsində tamamilə məhv edilib-edilmədiyi ilə bağlı yeni suallar yaradır.

Qeyd edək ki, hesabatda obyektin nüvə silahı istehsalında istifadə edildiyi təsdiqlənmir, ekspertlər onun uranın zənginləşdirilməsi proqramını dəstəkləyən “UF6” anbarı olması ehtimalını irəli sürürlər.

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi